“Krokus”a hücum edən terrorçuların silah anbarı aşkarlandı
Moskvada hüquq-mühafizə orqanları "Crocus City Hall" ticarət mərkəzinə hücum edən terrorçuların silah anbarını aşkarlayıb.
İlkin məlumatlara görə, anbar Dmitrovskoye şossesində yerləşən yataqxanada aşkar edilib.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin martın 25-də Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib ki, “Krokus Siti Holl”da terror aktı hazırlamaq prosesində üç terror ortağı öz əlbirlərini silahla təmin ediblər.
Martın 28-də Rusiya İstintaq Komitəsi “Krokus Siti Holla” hücum edən terrorçuların ukraynalı millətçilərlə əlaqəsi barədə sübutlar əldə etdiyini bildirib.
Bildirilib ki, istintaqın ilkin nəticələri terrorçuların planlı şəkildə hərəkət etdiyini, diqqətlə hazırlaşdığını və təşkilatçılardan maliyyə dəstəyi aldığını tam təsdiqləyir.
Departament əlavə edib ki, istintaq terror aktını törədənlərin Ukraynadan xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumatları təsdiqləyib.
Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktı martın 22-də axşam saatlarında baş verib. Son məlumatlara görə, terror aktı nəticəsində 143 nəfər həlak olub.
FSB-nin direktoru Aleksandr Bortnikov Putinə məlumat verib ki, terror aktı ilə bağlı ümumilikdə 11 nəfər, o cümlədən dördü birbaşa icraçı saxlanılıb. Saxlanılanlardan alınan məlumatlar Ukrayna izini təsdiqləyir, Bortnikov vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.