Putini “qəssab” adlandırdı
Şimali Karolinada çıxış edən ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini ikinci dəfə “qəssab” adlandırıb.
“Bizim edə biləcəyimiz çox vacib işlər var, o cümlədən, Ukraynanı o qəssab Putindən qorumaq üçün nəhayət yardım etmək” deyib.
Bayden ilk dəfə düz iki il əvvəl Putini açıq şəkildə “qəssab” adlandırıb və əlavə edib ki, “bu adam hakimiyyətdə qala bilməz”. Eyni zamanda ABŞ prezidenti Ukrayna ilə müharibənin Rusiya üçün “strateji uğursuzluq” olduğunu bildirib və onu 19-cu əsrə geri atıb.
Kremlin mətbuat xidməti Baydenin 2022-ci ilin martındakı çıxışını şərh edərkən bildirib ki, “hər dəfə belə şəxsi təhqirlər ABŞ-ın hazırkı administrasiyası altında ikitərəfli münasibətlərimiz üçün imkan pəncərəsini daraldır”.
ABŞ Konqresi daxili siyasi fikir ayrılıqları səbəbindən bir neçə aydır ki, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini təsdiq edə bilmir.
Co Bayden ABŞ prezidenti kimi ikinci müddətə namizədliyini irəli sürür və kampaniya aparır. Şimali Karolina nə demokratların, nə də respublikaçıların açıq üstünlüyə malik olmadığı yelləncək ştatlarından biridir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.