Terror aktının qurbanlarından biri dünyasını dəyişdi
Vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilən "Krokus"da zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib.
Bu barədə Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko bildirib.
Nazirin sözlərinə görə, həkimlər əllərindən gələni ediblər.
Muraşko xatırladıb ki, daha dörd qurbanın vəziyyəti olduqca ağırdır. Üçü uşaq olmaqla on doqquz xəstənin vəziyyəti ağır, otuz dörd yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir.
Krokusda törədilən terror aktından sonra itkin düşmüş 95 nəfərin olduğu məlum olub
Martın 22-də “Piknik” qrupunun konserti başlamazdan əvvəl kamuflyaj geyimli naməlum şəxslər Moskva yaxınlığındakı “Krokus Siti Holl”un konsert zalına soxularaq konsert zalının ziyarətçilərinə və əməkdaşlarına atəş açıblar. Hazırda ölənlərin sayı 140 nəfərdir.
Terror aktını törədən 4 nəfər həbs edilib. Məhkəmə onların şərik olduqları iddia edilən şəxsləri də həbs edib.
Martın 26-da xilasedicilər Moskva vilayətinin qubernatoru Andrey Vorobyova rəsmi məlumat veriblər ki, Moskva vilayətində "Crocus City Hall" binasının dağıntıları altında daha qurbanlar yoxdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.