Taciklərə axşamlar evlərini tərk etməmək tövsiyə olunub
Tacik diasporu Rusiyada yaşayan Tacikistan vətəndaşlarına axşamlar evlərini tərk etməməyi tövsiyə edib.
“Tacikistan icmalarının rəhbərləri həmvətənlər üçün tövsiyələr hazırlayıblar: kütləvi tədbirlərdə iştirak etməmək və axşam işdən sonra evdən çıxmamaq”, - mesajda deyilir.
Bundan əlavə, bir sıra işəgötürənlər öz işçilərindən, Tacikistan vətəndaşlarından cari şəxsi məlumatları təqdim etməyi xahiş ediblər: tam adı, pasport məlumatları və yaşayış yeri haqqında məlumat.
Eyni zamanda, telekanalın aydınlaşdırdığı kimi, Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş verən terror aktından sonra diaspor rəhbərlərinə Tacikistan vətəndaşlarına qarşı qanunsuz hərəkətlərlə bağlı heç bir şikayət daxil olmayıb.
Martın 22-də axşam saatlarında Moskva Crocus City Hall konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.
Martın 25-də Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-a hücumla bağlı iş üzrə dörd müttəhimi iki ay müddətinə həbs edib. Onların dördü də 19-32 yaş arası Tacikistan vətəndaşıdır. Onlardan ən azı ikisi məhkəmədə günahını etiraf edib. Terror işi üzrə onları ömürlük həbs gözləyir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.