Rusiya aktivlərinin müsadirə edilməsinin nəticələri fəlakətli olacaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib ki, Kiyev rejiminə kömək məqsədilə Rusiya aktivlərindən xaricə pul köçürməsi ciddi nəticələrə səbəb olacaq.
O vurğulayıb ki, Brüssel hamını əksinə inandırmağa çalışsa da, dondurulmuş vəsaitlərin özləri kimi aktivlərdən əldə edilən gəlir də Rusiyaya məxsusdur.
“Biz Brüsseldən Rusiya aktivlərinin sahibsizliyi ilə bağlı bəyanatları eşitdik, bu doğru deyil, onlar aktiv sahiblərinə məxsusdur”, - Kreml nümayəndəsi aydınlıq gətirib.
Peskovun sözlərinə görə, istənilən bankın hüquq xidməti indi başa düşür ki, Rusiya aktivlərinin müsadirəsi fəlakətli nəticələrə gətirib çıxaracaq.
"İstənilən bankın hüquq departamenti aktivlərin özgəninkiləşdirilməsi üzrə bu cür hərəkətlərin fəlakətli nəticələrini başa düşür. Əgər belə qərarlar icra olunarsa, bu, onları qəbul edənlər və icra edənlər üçün çox ağır nəticələrə səbəb olacaq", - o, yekunlaşdırıb.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı iyulun 1-dək Rusiyanın aktivlərindən ukraynalı yaraqlılar üçün silah alınmasına bir milyard avro köçürmək istəyir. Aİ bankları Brüsselin Rusiya vəsaitləri ilə hər hansı bir şəkildə hərəkət etməkdən imtina etməsi üçün lobbiçilik etməyə başlayıb.
Xatırladaq ki, martın 20-də Avropa Komissiyasının rəhbəri Xosep Borrell təklif etmişdi ki, assosiasiyaya daxil olan dövlətlər Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirin 90 faizini Ukrayna Silahlı Qüvvələrinə yardım üçün göndərsinlər. Həmin gün AK rəhbərinin müavini Valdis Dombrovskis bu təklifin təsdiqləndiyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində qeyd edib ki, Borrelin qərarı hüquqi çərçivəni ciddi şəkildə pozur və Avropa İttifaqının imicinə xələl gətirir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.