Almaniya Ukraynaya silah-sursat üçün 300 milyon avro ayıracaq
Almaniya Ukrayna Silahlı Qüvvələri üçün sursatın birgə alınması üzrə Çexiya təşəbbüsündə iştirak etməyi planlaşdırır. Berlin bu məqsədlə 300 milyon avro ayırmağa hazırlaşır.
Bu, 180 min mərmi xərcini ödəməyə kifayət edir.
İki həftə əvvələ olan məlumata görə, Çexiya hökuməti 300 min patron almaq üçün kifayət qədər vəsait əldə etdiyini, lakin bununla kifayətlənməyəcəyini və daha çox tədarük etməyi planlaşdırdığını bildirib. İlk tədarüklər iyunda Ukraynaya gələ bilər.
Fevral ayında Çexiya Aİ hüdudlarından kənarda Ukrayna üçün 800 min sursat tapıb. Onların ümumi dəyəri 1,5 milyard dollardır. Getdikcə daha çox ölkə bu təşəbbüsə qoşulur. Ümumilikdə 18 ölkə Aİ-dən kənarda satınalma ideyasını dəstəkləyir.
Polşa bu yaxınlarda Ukraynaya mərmi çatdırılmasına kömək edəcəyini açıqlamışdı.
Çexiya sakitcə Ukrayna üçün mərmi ovlayır, hətta ABŞ bunu edə bilmir. Çexiya dünya üzrə müxtəlif təchizatçılardan təxminən 800 000 artilleriya mərmisi alıb və əlavə olaraq əldə edilə bilən daha 700 000 artilleriya mərmisi tapıb. Söhbət 300 min Sovet istehsalı mərmidən və 500 minə yaxın Qərb istehsalı olan mərmidən gedir. Çexiya hökumətinin qeyd etdiyi kimi, vəsait əldə olunduqca daha çox mərmi əldə ediləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.