Çexiyada son 60 ildə ən pis göy öskürək epidemiyası yayılıb
Son 60 ildə ən pis göy öskürək epidemiyası Çexiyada güclənir, bu həftənin birinci yarısında bütün əvvəlki həftə ilə müqayisədə daha çox insan yoluxub.
Xəstələrin sayı günü-gündən artır. Martın 20-də respublikada 298, ertəsi gün isə 188 nəfərdə infeksiyaya yoluxma müəyyən edilib.
2024-cü ilin əvvəlindən ölkədə 4122 göy öskürək xəstəsi qeydə alınıb.
Dövlət Tibb İnstitutunun epidemioloq eksperti Katerzina Fabianova deyir: “Axırıncı dəfə biz 1962-ci ildə daha çox göy öskürək halını qeydə almışdıq, o zaman 4772 nəfər xəstələndi.
Ən çox göy öskürək halları orta məktəb şagirdləri arasında baş verir. Xəstəxanalara ən çox körpələr və yaşlılar müraciət edir. Həkimlər respublika sakinlərinə göy öskürəyə qarşı peyvənd edilməsini tövsiyə edir.Fevralda Finlandiyanın Yle nəşri ölkədə azyaşlı uşaqlar arasında tənəffüs yoluxucu virusun epidemiyası barədə məlumat yayıb. Bildirilib ki, virus bütün Finlandiyaya yayılıb, pik insident yanvar ayında, gənc uşaqların həftəlik reanimasiyaya qəbul edildiyi vaxt baş verib. Gənc xəstələrdə MS virusu bronxların və ağciyər toxumasının iltihabına səbəb olur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.