Fransa hərbçilərini Ukraynaya GÖNDƏRMƏYƏCƏK
Fransanın Ukraynaya hərbi kadrlar hazırlayıb göndərməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə Beşinci Respublikanın Müdafiə Nazirliyi məlumat verib.
“Rusiya Xarici Kəşfiyyatının direktoru Sergey Narışkinin yaydığı məlumatlar Rusiyanın sistemli şəkildə istifadə etdiyi kütləvi dezinformasiya nümunəsidir”, - departamentin mətbuat xidməti X sosial şəbəkəsində (keçmiş Twitter) maksimum sayıq olmağa çağırıb.
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirmişdi ki, Fransa artıq Ukraynaya göndəriləcək hərbi kontingent hazırlayır, ilkin mərhələdə bu, təxminən iki min nəfər təşkil edəcək. SVR rəhbərinin sözlərinə görə, bu hərbi hissə “Rusiya dünyası ərazisinə indiyədək qılıncla gəlmiş bütün fransızların” taleyi ilə üzləşəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.