227 ABŞ vətəndaşının ölkəyə girişinə QADAĞA QOYULDU
Rusiya Federasiyası rusofobiya kursunda iştirak edən daha 227 ABŞ vətəndaşının ölkəyə girişini bağlayıb.
Rusiya Federasiyası ABŞ administrasiyasının rusofob kursunda iştirak edən daha 227 ABŞ vətəndaşının ölkəyə girişinə icazə vermir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi bu qərarın “Amerika hakimiyyətinin Rusiya vətəndaşlarına qarşı “Kreml və xüsusi hərbi əməliyyatı dəstəklədiyinə” görə kütləvi şəkildə tətbiq etdiyi, getdikcə genişlənən sanksiyalara cavab tədbirləri kontekstində qəbul edildiyini açıqlayıb.
Rusiyaya qarşı sanksiyalarda iştirak edən ABŞ vətəndaşlarının da ölkəyə girişi qadağandır. Aydın olur ki, söhbət icra hakimiyyətində, biznes dairələrində, media sferasında və akademik dairələrdə olan konkret şəxslərdən gedir.
Əvvəllər Moldovada rusdilli medianın təqibinə cavab olaraq Rusiya hökumətə nəzarət edən Fəaliyyət və Həmrəylik Partiyasından (PAS) 11 deputatın ölkəyə girişini qadağan etmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin saytında Rusiyanın Moldovada rusdilli KİV-lərə qarşı təqiblərlə bağlı cavab tədbirləri gördüyü barədə xəbər dərc olunub.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi avtomobillərin Avropa ölkələrinə girişinə qoyulan qadağaya cavab hazırladığını açıqlamışdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.