İsrail hücumdan əvvəl Rəfah sakinlərini Qəzzanın mərkəzinə köçürməyə hazırlaşır
İsrail ordusu Rəfaha hücum hazırlığını davam etdirir və zolağın cənub rayonlarının sakinlərini Qəzzanın mərkəzinə köçürməyi planlaşdırır. İsrail ordusu Livandakı "mühüm Həmas əməliyyatçısı"nın məhv edildiyini açıqlayıb.
İsrail hücumdan əvvəl Rəfah sakinlərini Qəzza zolağının mərkəzinə köçürməyi planlaşdırır.
İDF sözçüsü Daniel Hagari çərşənbə günü bildirib ki, onlar müvəqqəti yaşayış yeri, qida, su və ilkin ehtiyacların təmin ediləcəyi ərazilərə göndəriləcək. O, bunun nə vaxt baş verəcəyini dəqiqləşdirməyib.
Humanitar qruplar 1,4 milyon insanın yaşadığı sıx məskunlaşan əraziyə hərbi hücumun fəlakətlə nəticələnəcəyindən ehtiyat edirlər. İsrail, qrupun Rəfahda olan 4 Həmas batalyonunu məhv etmək niyyətində olduğunu bildirib.
KİV-in məlumatına görə, İsrail əsgərləri Qəzza şəhərində humanitar yardım üçün növbəyə duran fələstinlilərə atəş açıb. 6 nəfər ölüb, 83 nəfər yaralanıb.
Rəfahda qida paylama mərkəzi vurulub, bir agentliyin əməkdaşı da daxil olmaqla 5 nəfər ölüb.
ABŞ bu xəbərə cavab olaraq yəhudi dövlətini anklavda missiyaları yerinə yetirən yardım işçilərinin təhlükəsizliyini təmin etməyə çağırıb.
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Tir şəhəri yaxınlığında HƏMAS nümayəndəsini daşıyan avtomobilə pilotsuz uçan aparatla vurulan zərbənin video görüntülərini yayımlayıb. Onlar aydınlaşdırıblar ki, nəticədə qruplaşmanın “vacib əməliyyatçısı”, bütün dünyada israillilərə və yəhudilərə qarşı hücumlara görə məsuliyyət daşıyan Hadi Mustafa öldürülüb. Lakin HƏMAS mərhumun komandanlıqda yüksək rütbəli bir məmur olmadığını iddia edir.
Bu arada, xəstəxana qeydlərinə görə, İsrailin Deyr əl-Balah qəsəbəsinə endirdiyi və 10-u eyni ailənin üzvü olmaqla 16 nəfərin ölümünə səbəb olan hava hücumu qurbanlarının yaxınları yas tutur.
Yaraqlıların nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişə zamanı orada 31 200-dən çox fələstinli həlak olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.