Navalnının müttəfiqi evinin yaxınlığında döyüldü
Litva paytaxtının ətraf qəsəbələrindən birində rusiyalı müxalifət fəalı çəkiclə döyülüb. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis hücum xəbərindən sarsıldığını bildirib. Faktla bağlı araşdırma aparılır.
Aleksey Navalnının müttəfiqi Leonid Volkov Vilnüsdə naməlum şəxslər tərəfindən çəkiclə döyülüb. Hücum çərşənbə axşamı axşam Litva paytaxtının şəhərətrafı ərazisində baş verib. Volkovun da avtomobilinin şüşəsi sındırılıb və gözlərinə bibər qazı vurulub. Həkimlər çəkiclə vurulan zərbələr nəticəsində qolu və ayağının sınığını qeydə alıblar.
Volkov bir neçə il əvvəl hakimiyyətin təzyiqi ilə Rusiyanı tərk edib. Navalnının komandasının bir hissəsi olaraq o, 2013-cü ildə Moskva merliyinə namizədliyini irəli sürmüş və 2018-ci ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinə rəqib olmağı planlaşdıran müxalifət liderinin regional ofislərinə və seçki kampaniyalarına cavabdeh idi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.