Gənc "klassiklərimiz" Astanada güləşəcəklər
Martın 11-dən 13-dək Qazaxıstanın paytaxtı Astanada gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə Jaksılık Uşkempirovun xatirəsinə həsr olunan və 3 gün davam edəcək turnirdə azərbaycanlı "klassiklər"də mübarizə aparacaqlar.
Yarışda ölkəmizi böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Hüseyn Savadov (55 kq), Tural Əhmədov, Rəhman Kərimov (hər ikisi 60 kq), Məhəmməd Şükürzadə, Fərid Baxışlı (hər ikisi 63 kq), Fərid Xəlilov, Təvəkgül Həziyev, Fəraim Mustafayev (hamısı 67 kq), Ruslan Nurullayev, Faiq Səfərli, Kamran Rəcəbli (hamısı 72 kq), Davud Məmmədov, Kənan Abdullazadə (hər ikisi 77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev, Cocu Səmədov (hər ikisi 87 kq) və Məzaim Mərdanov (130 kq) təmsil edəcək.
Daha iki təmsilçimiz beynəlxalq dərəcəli hakimlər Xəyal Əliyev və Kənan Hacıəliyev turnirdə ədaləti qoruyacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.