Fəridə Rüstəmova:
Eybəcər verilişlərin ucubatından televizoru qəsdən...
Eybəcər verilişlərin ucubatından televizoru qəsdən xarab etmişəm. İndi də dünyanı ovuc içi boyda telefondan seyr edirəm.
Futbol bir dünyaymış, bir az gec anlasam da...
Razıyam, təki bütün günü futbol olsun, onda televizoru işə salacağam.
Mənə ağlaşmalı, dava-dalaşlı verilişlər lazım deyil. Onsuz da hər kəsin dərd-səri batmanladır.
Bir anlıq olsa da, bütün problemləri unutdura biləcək əhval-ruhiyyə, enerji mütləq lazımdır! Futbol bu sarıdan əvəzolunmaz nemətdir.
Yadigar Nagiyev:
Sənədli filmlərin efiri olduğu proqramlar var…
Fəridə Aslanova Rüstəmova:
Yadigar Nagiyev Var ee, mən həmin vaxt işdə oluram. Lazım olanları onsuz da təkrarına baxıram.
Söhbət odur ki, mən yetim nə vaxt bu zərhimarı açıramsa, elə bil it boğuşması səsi gəlir. Televizorun içində qırğındı. Əsəbi oluram elə şeyləri görəndə.
Həmin gün görürəm ki, qaşlarım çatılmış gəzirəm ortada. Mənə ağırlıq verən heç nə istəmirəm. Onsuz da bir ildir anamdan ötrü çox darıxıram. Öz başımı yalandan aldadaraq, özümü ovudaraq yaşayıram. Mənə kiminsə didişmə şouları lazım deyil.
Coşqun Həsənov:
Televiziyanı xarab etməkdə bəlkə də yaxşı etməmisiniz. Televizorun nə günahı? Televiziyada baxmalı kanallar və verilişlər çoxdu. Sadəcə istək lazımdı. Əksər insanlar deyir ki, TV kanallarında yaxşı hec nə göstərmirlər. Soruşuram sən nəyə baxmaq istəyirsən? Cavab verə bilmir. Azərbaycan telekanallarından "İctimai" və "Mədəniyyət"kanalları tam normal kanallardır. Hətta Aztv-yə də baxmaq olar, ancaq tok-şouları, siyasi verilişləri çıxmaq şərtilə. Mədəniyyət və İtv-yə sərasər baxan insan istədiyi bütün verilişləri tapa bilər. Uşaqları və özünüzü təmiz ana dilimizdə olan verilişlərdən məhrum etməyin. Yutubda hər şey var, amma Yutubda hər şeyə baxmaq olmur. Televiziyanı açırsan və öz işinlə məşgul olursan. Qulağın tv-də, əlin işdə olur. Və sonra hiss edirsən ki, orda öyrəndiyin bir çox məlumatları Yutubda saatlarla axtarmalı olursan. Həmdə Yutuba baxanda, başqa heç nə ilə məşğul ola bilmirsən. Və TV kanallarında adama elə lazımlı verilişlər rast gəlir ki, yutubda o verilişləri heç vaxt axtarmaq fikrinə düşməzsən.
"İdman" və "CBC sport"kanalları da öz yerində.
Türkiyə kanallarından da bir neçəsinə baxmaq olar. "TRT belgesel", "TRT 1" və s.
Fəridə Aslanova Rüstəmova:
Coşqun Həsənov Elədir. Hamısı pis deyil. Sadəcə, bəzi sosial verilişlər, çığır-bağırlar adamda travma yaradır.
Televizora yaxın getməyə qoymur sanki.
Ümidvaram ki, zamanın axarında hər şey öz əvvəlki məcrasına dönər, televizora baxmaq fobiyam da keçib gedər ...
Anar Guliyev:
Axırıki bu kişiləri həqiqi mənada anlayan bir qadın tapıldıki futbol bir dünyadı və bütün o saydıgınız eybəcərliklərdən uzaqdı.
QEYD. Sarı fonda verilən başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.