Navalnının xatirəsinə etiraz aksiyasının iştirakçıları yenidən saxlanılmağa başlayıb
Moskvada polis yenidən koloniyada həlak olan rusiyalı müxalifət lideri Aleksey Navalnının xatirəsinə siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidələrə gül dəstələri qoyanları saxlamağa başlayıb.
Polis moskvalı Polina Orexovanın evinə gəlib. O, fevralın 17-də Kədər Divarına gül qoyulması üçün mitinq keçirmək qaydasını pozmaqda ittiham olunur. Orexova polis bölməsinə aparılıb və onun şəxsi əşyaları, o cümlədən mobil telefonu götürülüb.
Həmin gün səhər saatlarında iki mülki geyimli polis əməkdaşı Yeqor Komveli evinin çıxışında saxlayıb, pasportunu götürərək polis bölməsinə aparıblar. Həmin şəxsin hansı cinayətdə ittiham olunduğu məlum deyil.
Bununla belə, o, fevralın 16 və 17-də Navalnının xatirəsinə gül dəstələri də qoyub, martın 1-də onun dəfn mərasimində də iştirak edib. Hüquq-mühafizə orqanları Komvelin müşahidə kameralarından müəyyən edildiyini bildiriblər.
Bundan əlavə, vəzifəsi "ekstremizm"lə mübarizə aparmaq olan "E" mərkəzinin əməkdaşları Elena Qribkovanı saxlayıb polis bölməsinə aparıblar.
Qribkova martın 1-də Navalnının dəfn mərasimində iştirak edib. Öz növbəsində fevralın 17-də müxalifətçinin xatirəsinə mitinqdə bir qadın saxlanılsa da, xəbərdarlıq edilərək sərbəst buraxılıb.
Moskvalı Yelena Levina da polis bölməsinə aparılıb. O, bundan əvvəl fevralın 17-də “Qədər divarı”na gül qoyduğuna görə saxlanılıb, lakin həmin gün xəbərdarlıq edilərək sərbəst buraxılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.