Hümbət Quliyev:
Təqvimlə sabah yazın birinci günüdür…
Hər bir insanın iki dünyası var, gerçək dünyası və arzularında qurduğu xəyal dünyası.
Gerçək həyat əsasən ağ-qara, daha çox boz rəngdə olur. Gerçək həyatda daima problemlərin məngənəsindəyik. Həyatımız ilahi ruhumuzla, nəfsimizə bağlı cismani bədənimiz arasında olan mübarizədə keçir. Olan təfəkkürümüz də növbə ilə tərəflərin birini dəstəkləyir.
Gerçək həyatdan fərqli olaraq, xəyali həyatımız rəngli və sevinclərlə doludur. Gerçək həyatın kəşməkeşlərindən arada qaçıb xəyali dünyamıza sığınırıq. Biz orada müvəqqəti də olsa qəhrəman və xoşbəxtik.
Facebook isə real həyatdan xəyali həyata çıxan eyvandır. Bu eyvan bizləri arzuladığımız həyata bir neçə addım yaxınlaşdırır. Feysbuk eyvanı, təəssüf ki,( bəlkə də xoşbəxtlikdən) ancaq baxmaq üçündür. Digər eyvandakılara yalnız əl edə bilərsən, amma digər eyvanlara keçə bilməzsən, çünki arada virtual, keçilməz uçurum var. Qıraqdan bütün eyvandakılar gözəl və ağıllı görünürlər.
Bütün FB eyvanlarında duran dostlarımı birinci yaz günü münasibətilə ürəkdən təbrik edirəm.
Hamınıza can sağlığı və çoxlu uğurlar diləyirəm.
Anadolu türkləri demiş, iyi ki varsınız!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.