Makron Ukraynaya qoşun göndərəcəyini istisna etməyib
Fransa prezidenti Emmanuel Makron Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya “Qərb qoşunlarının” göndərilməsini istisna etməyib. Makron aydınlaşdırdı ki, bu, eyni qalan məqsədə çatmaq üçün edilə bilər: “Rusiya özünün başlatdığı bu müharibədə qalib gələ bilməz və qazanmamalıdır”. Bundan əlavə, Makron Ukraynanı dəstəkləyən yeni 9-cu koalisiyanın yaradılmasını elan etdi - uzaq mənzilli silahların tədarükü üçün. "Ukraynanı orta və uzun mənzilli raketlər və bombalarla təmin etmək üçün yeni koalisiya yaradılacaq", - Fransa prezidenti bildirib. Bu bəyanatlar fevralın 26-da axşam Yelisey sarayında baş tutan Ukraynaya Dəstək Konfransının yekunlarına dair mətbuat konfransında səsləndirilib.
Fransa prezidentinin qısa açılış nitqindən sonra Ukrayna prezidenti Vladimir Zelenski tamaşaçılara müraciət edib. Ukrayna lideri Emmanuel Makrona bu görüşün təşkilinə və ev sahibliyi etdiyinə, eləcə də bu yaxınlarda imzalanmış ikitərəfli təhlükəsizlik sazişinə görə təşəkkür edərək deyib: “Biz Ukraynada belə dostlarımızın olduğunu həqiqətən yüksək qiymətləndiririk və Rsuiya təcavüzkarlığını başqa xalqlara da genişləndirə bilməyəcək”.
Fransa lideri vurğulayıb ki, Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün lazımdır.
Konfransdan sonra Fransa başda olmaqla iştirakçı ölkələr müdafiə və xarici işlər nazirləri səviyyəsində verilən təklifləri və qəbul edilən qərarları müzakirə etməli olacaqlar. “On gün ərzində ciddi gündəmlə aydın cavab alacağıq”, - deyə Makron söz verib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.