Hümbət Quliyev:
Çərşənbələrin ardıcıllığını necə yadda saxlayaq?
(esse)
Mnemonika nədir və Çərşənbələrin adlarının ardıcıllığını necə yadda saxlayaq?
“Mnemonika” yunan sözü olub yadda saxlamaq deməkdir.
Bir- birilə konkret əlaqələri olmayan hadisələrin, faktların yadda saxlamaq üsuludur bu.
Mnemonikanın azərbaycan dilində ən yaxşı nümunəsi göy qurşağındakı rənglər ardıcıllığının yadda saxlanımasıdır.
Göy qurşağındakı rəng ardıcıllığı: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi.
İndi gəl bu ardıcıllığı yadda saxla. Cəhd etsəniz, ardıcıllığın yadda saxlamaq çətinliyini hiss edəcəksiniz. Məhz belə hallar üçün də bütün dünyada, hər dil üçün mnemonikanı fikirləşiblər.
Azərbaycanlı babalarımız göy qurşağındakı rəng ardıcıllığını yadda saxlamaq üçün belə bir cümlə fikirləşiblər: Qarı nənə saçlarını yuyanda mavi göyə bənzəyir.
Bu açar cümləni yadda saxlamaqla göy qurşağındakı rəng ardıcıllığını rahat deyə biləcəksiniz. Qarı- qırmızı, nənə- narıncı, saçlarını-sarı, yuyanda- yaşıl, mavi- mavi, göyə- göy, bənzəyir- bənovşəyi.
Bizim çərşənbələrin ardıcıllığını da yadda saxlamaq çətindir: su, od, yel, torpaq. Əminəm ki, bir çoxlarınız bu ardıcıllığı yadda saxlamaqda çətinlik çəkirsiniz, elə mən də.
Məhz bizim kimilər üçün mən mnemonikadan istifadə edib belə bir açar cümlə fikirləşdim: SOYumuz Torpaqdır.
S- su
O- od
Y- yel
axırıncı da elə Torpaqdır.
SOYumuz torpaqdan gəldiyini də hər biriniz bilirsiniz: biz torpaqdan yaranmışıq və torpağa da qayıdacayıq.
Bu mnemonika üsulu da sizə Hümbət Həsənoğludan yadigar qalsın.
Qarşıdan gələn çərşənbələriniz mübarək olsun!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.