Osman Gündüz:
Dövlət qurumlarının elektron xidmətlərinin, yoxsa oflayn xidmətlərinin qiymətləndirilməsi ictimai əhəmiyyət kəsb edir?
Bu gün “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı 2023-cü il nəticələri açıqlanıb.
ASAN-nın bunu hər il sistemli olaraq təqdim etməsi diqqət çəkəndir.
Xatırlayıram ki, bir neçə il öncə dövlət xidmətlərinin elektron reyestrinin, qiymətləndirmə metedologiyasınnın hazırlanması sahəsində İctimai Şura olaraq da yaxından iştirak etmişdik.
Əvvəllər bu nəticələr ciddi ictimai maraq cəlb edirdi, xidmətlərin səmərəlilyi və təhlillər üçün mühüm əhəmiyyət kəsb edirdi.
Amma, dərhal qeyd edib ki, hazırda ASAN-nın təqdim etdiyi bu nəticələr dövlət qurumlarının yalnız OFLAYN xidmətlərinə, yalnız kağız formada göstərilən xidmətlərinə aiddir.
Dövlət qurumlarının elektron xidmətlərinin qiymətləndirilməsi səlahiyyəti Prezident fərmanı ilə iki il öncə ASAN-dan alınaraq RİNN-ə verilib.
RİNN dövlət qurumlarında elektron xidmətlərin və sistemlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparmalı və bu barədə arayışlar, hesabatlar hazırlamalıdır.
Maraqlı situasiya yaranıb.
Hazırda ictimai əhəmiyyət kəsb edən daha çox rəqəmsal sahədir, daha çox rəqəmsal xidmətlərin keyfiyyətidir, hansı ki RİNN hələlik onu təqdim etmir.
Fikrimcə bu məsələlərə yenidən baxılması və təkmilləşdirilməsi, vahid bir metedologiyanın və qiymətləndirmə sisteminin hazırlanması daha məntiqli olardı.
Ümid edirəm ASAN və RİNN bu məsələdə ortaq bir məxrəcə gələ biləcəklər.
Süni intellekt xidmətinə hazırlaşan ASAN-nın kağız formada göstərilən xidmətləri təntənəli formada qeyd etməsi də “diqqət çəkəndir”
İndiki anda oflayn formada təqdim edilən dövlət xidmətlərinin keyfiyyətinə görə hansısa dövlət qurumuna mükafatlar təqdim edilməsi, ulduzlar təqdim edilməsi, ymşaq desək məntiqli və ağlabatan deyil, elə ASAN-a da yaraşan deyil .
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.