İsrail Rəfaha mümkün hücum tarixini açıqlayıb
Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS (ABŞ, Böyük Britaniya və Aİ tərəfindən terrorçu kimi tanınan radikal Fələstin qrupu) arasındakı müharibədə müvəqqəti atəşkəsə çağıran alternativ qətnamə layihəsi təklif edib. Bazar ertəsi axşam saatlarında dərc olunan Reuters xəbərinə əsasən, Birləşmiş Ştatlar Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında İsrailin qarşıdan gələn iri quru hücumuna qarşıdır.
İsrailin Hərbi Nazirlər Kabinetinin naziri Benni Qantz xəbərdarlıq edib ki, HƏMAS Qəzzada olan bütün girovları azad etməsə, İsrail martın 10-da Rəfaha hücuma keçəcək.
İsrail ilk dəfə olaraq Rafah əməliyyatının konkret tarixini açıqlayıb. Hazırda bir milyon yarım fələstinli bu şəhərdə müvəqqəti sığınacaq tapıb.
Misir hakimiyyəti yerli sakinlərin Misirə soxulmaq cəhdlərindən ehtiyat edərək, Fələstin anklavı ilə sərhəddə təcili olaraq əlavə gücləndirilmiş səddlər çəkir.
Baş nazir Benyamin Netanyahu bazar ertəsi axşam deyib ki, İsrail İordaniyanın qərbindəki bütün ərazilər, o cümlədən İordan çayının qərb sahili və Qəzza zolağı üzərində tam təhlükəsizlik nəzarətini saxlayacaq. Netanyahunun sözlərinə görə, bu mövqeyə İsrail və HƏMAS arasında hazırkı müharibənin nəticəsi təsir etməyəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.