Gənclər işçilərinin mübadilə proqramına start verilib
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyi tərəfindən “Strengthening Relations between Youth Workers of Azerbaijan and Georgia” adlı gənclər işçilərinin mübadilə proqramına start verilib.
Tədbiri giriş sözləri ilə açan “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin prezidenti Kübra Rəsul sözügedən layihənin məqsəd, hədəf və gələcək fəaliyyətləri haqqında iştirakçılara məlumat verib, layihənin gənclər işçilərinin beynəlxalq təmsilçilik imkanları və bacarıqlarının artırılmasında önəmli rol oynayacağını vurğulayıb. Daha sonra Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşı Zülfiyyə Yaqubova çıxış edərək layihəyə fəaliyyətlərində uğurlar arzulayıb və iştirakçıları Fondun fəaliyyətləri haqqında məlumatlandırıb. Açılış tədbiri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadənin Azərbaycanda gənclər təşkilatları və beynəlxalq təmsilçilik mövzusunda çıxışı ilə davam edib.
Sözügedən layihənin təşkil edilməsinin əsas məqsədi Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan gənclər siyasətini beynəlxalq müstəvidə tanıtmaq və iki ölkənin gənclər təşkilatları arasında təcrübə mübadiləsini təşviq etməkdir.
Proqramın ilkin mərhələsində layihədə iştirak haqqı qazanan 25 gənclər işçisi milli gənclər siyasəti, mədəniyyətlərarası dialoq, effektiv liderlik və beynəlxalq təmsilçilik kimi bir sıra mütləq əhəmiyyətli mövzular üzrə təlimlərdə iştirak edəcəkdirlər. 5 gün müddətində davam edəcək olan təlim proqramının sonunda keçiriləcək seçim imtahanını müvəffəqiyyətlə başa vuran 5 iştirakçı proqram çərçivəsində Gürcüstana 3 günlük səfər etmək imkanı qazanacaqdır. Səfər ərzində müxtəlif gənclər təşkilatları, dövlət orqanları, ali təhsil müəssisələri və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüş və seminarlar təşkil olunacaqdır. Səfər çərçivəsində seçilmiş iştirakçılar, həmçinin, Azərbaycanın gənclər siyasətinin və gənclər təşkilatlarının ən yaxşı təcrübələrini Gürcüstandan olan həmkarları ilə bölüşəcəkdirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.