Rusiyada və dünyada Navalnının xatirəsinə kortəbii aksiyalar keçirilir
Rusiyanın müxtəlif şəhərlərində cümə günü, fevralın 16-da insanlar siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidələrə çiçəklər və şamlar gətirir, rusiyalı siyasətçinin xatirəsinə plakatlarla təkbətək piketlərə çıxırlar. Mühacirətdə olan Rusiya müxalifəti Rusiyanın dünyanın müxtəlif ölkələrindəki səfirliklərində kortəbii etiraz aksiyaları keçirməyə çağırır.
Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Ulyanovsk, Belqorod, İjevsk, Kirov, Vyatka, Tula, Perm, Tomsk, Serov, Pskov, Nijni Novqorod, Kaluqa və digər şəhərlərdə Navalnının həbsxanada ölüm xəbərindən sonra gül-çiçək və siyasi repressiya qurbanlarının abidələrinin yanında şamlar peyda olub. Az sonra abidələr polis tərəfindən mühasirəyə alınıb. Murmanskda bir qızın tək piketdə dayandığı zaman saxlanıldığı bildirilir.
Bu arada, bütün dünyada Rusiya müxalifəti Rusiyanın diplomatik nümayəndəliklərinin binaları qarşısında kortəbii mitinqlər keçirməyə çağırır. Artıq Litva, Latviya, Estoniya, Gürcüstan, Ermənistan, Böyük Britaniya, Fransa, Norveç, Serbiya, Çexiya, İspaniya, İtaliya, Avstriya, Almaniya, İsveçrə və digər ölkələrdə belə aksiyalar elan edilib. Ark layihəsi bu barədə məlumat toplayır.
Vilnüsdə “Sajudis” müstəqillik hərəkatının lideri və Litvanın keçmiş rəhbəri Vitautas Landsberqis Litva Dövlətçiliyinin Bərpa Gününə həsr olunmuş mitinqdəki çıxışında toplaşanları Navalnının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.