19 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Rafael Hüseyn: ADİLLƏ GÖRÜŞ YERİMİZ

1 il əvvəl 275 01

Rafael Hüseyn:

ADİLLƏ GÖRÜŞ YERİMİZ

BU GÜN - 2024-CÜ İL FEVRALIN 15-DƏ UNUDULMAZ BƏSTƏKARIMIZ ADİL BƏBİROVUN 90 YAŞI ONSUZ GƏLDİ

Bəstələri kimi onun özü də yaddaşıma, qəlbimə hiss edilmədən, təqdimatsız, təbii axarla daxil olmuşdu.

Adil Bəbirov bəstələrinə, bəstələri Adil Bəbirova çox bənzəyir.

Bəlkə də bu, dəqiq ifadə deyil. Onun şəxsiyyətinə də, sənətinə də yaxşı bələd olanlar təsdiqləyər ki, gerçəkdə Adillə musiqisi qoşa alma kimi oxşar yox, bir almanın iki parçası kimi eynidir.

Dostları, yaxından tanıyanlar yaxşı bilirdi ki, Adil Bəbirov buralardan biryolluq köçüb getməzdən əvvəlki ömrünün heç yarısını da özü üçün yaşamayıb. Simsar, əziz insanların, qohumlarının, yoldaşlarının qayğıları həmişə onunçün öz işlərindən və niyyətlərindən irəlidə dayanmışdı.

Yəqin ki, hərdən bunun ifratlığını duyduğu, dəyişilmək istədiyi məqamlar da olurdu.

Dəyişilə bilmirdi, başqa cür olmağı bacarmırdı

Təpədən-dırnağa səmimiyyəti, hər an özü olması imkan vermirdi ki, Adil Bəbirov başqalaşsın.

Musiqisi də belədir. Adil Bəbirov insan kimi nə qədər təkrarsız idisə, onun bir parçası olan sənəti də belədir.

Mahnılarını dinləyin, hamısında Böyük Sənətin möhürü var.

Eşidimlidir, zahirən sadədir, ilk akkordlarından dinləyəni alıb aparır, hər xalda səmimiyyət duyulur. Amma hamısı çətin mahnılardır. Həm o cür yazmaq, oxşadaraq daha 5-6 həminki təhər mahnı qoşmaq müşküldür, həm də bu nəğmələri ifa etmək asan deyil.

Bəstəkar var ki, hər mahnısını onlarca müğənni götürüb oxuyur. Bizdə sərbəstlikdir. Bəstəkardan icazə-filan almaq söhbəti yoxdur. Amma rəhmətə getmişləri, təbii ki, demirəm, dirilərdən gərək soruşulsun ki, olarmı əsərinizdən istifadə edim?

Axı dəfələrlə şahidi olmuşuq və hər gün də oluruq ki, nə səsi, nə oxu biliyi, nə zövqü olan nə qədər təsadüfi müğənni neçə-neçə göyçək mahnını ovsanadan çıxarıb, korlayıb. Lakin tək zaya döndərmək məsələsi də deyil. Kimsə hansısa əsəri sənə qismət olmayan parlaq istedadla yaradıbsa (!), gərək qabiliyyətin ola ki, həmin əsərə yaxın durmayasan.

Bir dəfə rəhmətlik Hacıbaba Hüseynov evlərində mənimçün “Qara tellər”i oxudu. Heyran qaldım. Bu həmin mahnının tamam yeni və yapışıqlı bir avaz yozumu idi. “Nə əcəb hamı üçün indiyəcən bunu oxumamısınız, lentə yazdırmısınız?, – deyə soruşdum. “Ayıbdır” – dedi. “Bunu məndən əvvəl Bülbül oxuyub axı!”.

Adil Bəbirovun bu cəhətdən bəxti gətirmişdi. Demək olar ki, hər mahnısından təkcə bir, uzaqbaşı iki ifaçısı var. Çünki bu mahnıların hər biri xeyli mürəkkəbdir və hər səsi olanın rahatca o mahnılardan yapışıb oxumağa nə gücü çatır, nə cürəti.

Adil Bəbirov az yazıb. Yaza biləcəklərinin (hər halda vaxt baxımından) heç üçdən birini yazmayıb.

Məgər mahiyyət sayladırmı? Qədərincə populyar olan neçə bəstəkar var ki, doğurduqlarının sayı Adilin əsərlərindən qat-qat çoxdur. Adil az yazıb. Amma hamısı yaşayacaq əsərlərdir.

Bu cür bəyanat qəribə və yersiz də görünər ki, hələ zaman keçməmiş hansı ixtiyar və haqla bu əsərlər barəsində “yaşayacaq” deyirəm. Bircə ciddi əsasım var: o əsərlər ki, həqiqi mənada ali peşəkarlığın, saf istedadın məhsuludur və bu indidən hər kəsə aşkardır – şübhə etməyin! Elə həminki sayaq gələcəkdə də görünəcək. Həm də yalnız qapalı bir sərhəd hüdudlarında yox. Peşəkarlıqla istedadın qovuşuğu dar milli çərçivələrdən kənarlara adlamağa daim qadir olub.

(Həm də onu da nəzərə alaq ki, artıq Adilin mahnılarının hər birinin xeyli yaşı var. 50-60 il tarixi sınaq üçün lap çox deyilsə də, az da sayılmaz).

Adil Bəbirov az yazıb. Bu həqiqətdir. Di gəl, başqaları da fortepiano üçün çoxlu kamera əsərləri bəstələyiblər. Onillər boyu. Amma ən yaxşı musiqi bilicilərindən soruşun ki, bunlardan hansı Adil Bəbirovun sonatasına, skertsosuna, tokkatasına çatar? Ədalət hissi olan hər kəs etiraf edəcək ki, Adil Bəbirovun bu yaratdıqları sadəcə yaxşı yox, indiyəcən olanların ən yaxşısıdır.

Adil Bəbirov yaxşı məktəb, kamil müəllimlər görmüşdü. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində müəllimi Əhməd Bakıxanov olmuşdu. Konservatoriyada əvvəl ona Əşrəf Abbasov dərs demişdi. Ancaq Adilin qabında nə olduğunu hiss edincə nəcib Əşrəf müəllim onu Qara Qarayevin sinfinə yönəltmişdi və böyük Qara da elə ilk təmaslarındanca Adili “görmüş”dü, bəyənmişdi.

Bakıda yaşadığı illərdə Adil Bəbiriov uzun illər boyu onun səviyyədə olan bir sənətkar üçün bəlkə də kiçik görünəcək işlə məşğul oldu.

Radionun səsyazma evində musiqi yazılışlarını apardı, səs rejissoru işlədi.

Milli ənənələri olan, tarixlə dolu həmin binaya həmişə musiqimizin doğum evi kimi baxmışam. Çünki efirimizi bəzəyən, radionun “qızıl fond”unda əbədiləşən səslərin onillərlə az qala hamısı orada lentə alınıb.

İndi, yalan olmasın, hər addımbaşı səsyazma studiyası var, 1990-cı illərə qədərsə, Radionun Səsyazma Evi tək idi axı. Həm də hər şeyi yox Bədii Şuradan keçərək təsdiqlənmiş, yazılışına icazə verilmiş əsərləri lentə alırdılar.

Zənnimcə, Adil Bəbirovun özü üçün həmin iş yerində ötmüş saatlar, günlər, aylar, illər də elə həyatının başqaları üçün yaşadığı hissəsinə aid edilməlidir. Amma musiqimiz və ayrı-ayrı sənətkarlarımız onların ifalarını məhz Adil Bəbirovun yazmasıyla həmişə qazanıblar. Yalnız yazı gedişində Adilin dəyərli tövsiyələr verməsinə, yazını, sonrakı montajı ustalıqla etməsinə görə yox. Onlar hər an Adilin nəzarətini duyduqlarından, onun kimi mötəbər münsifin bir neçə addım aralıda dayanıb dinlədiyini anladıqlarından həmişə özlərini yığışdırıblar, buraya daha ciddi hazırlaşaraq, daha dərin məsuliyyətlə səfərbər olaraq gəliblər.

Akif İslamzadə il bir dəfə Adil, onun əsərləri, şəxsiyyəti barədə söhbət edirdik. Akif qayıtdı ki, Adil Bəbirov həmişə varlığı ilə mühit yaradıb. Yüksək sənət mühiti!

Adil Bəbirov böyük Qara Qarayevin 75 tələbəsindən biri idi və Adilə olan xüsusi münasibətini, istəyini gizlətmirmiş Qara müəllim.

Bir dəfə Adil Bəbirovdan xəbər aldım ki, ömrünüzün əsas itkisi nəyi hesab edirsiniz?

“İmkanımdan, vaxtımdan az istifadə elədim. Qara müəllim nə qədər ki, sağ idi, onu sonacan təmin edə bilmədim, az yazdım. Hər iş gərək vaxtında görülə...”, – dedi.

Adil Bəbirov hamımız kimi yalnız vaxt itirməyib. Yalnız yazıla biləcək əsərləri itirməyib. Artıq yazılmış əsərləri də ititrdiyi olub.

Bunu mənə özü danışmışdı. Bakının dəlisov küləkli günlərindən birində – hələ gənclik illərində – restorandan birgə çıxdığı dostlardan yenicə ayrılıbmış. Qoltuğanda bir qəzetin arasında əlyazması – təzəcə bitirdiyi əsəri. Yel qəfilcə not vərəqlərini qapır. Xəzri vərəqləri qabağına qatıb bircə anda yoxa çıxarır. Əli hara çatasıydı! Beləcə, hələ yalnız Adilin özünün eşitdiyi bir əsər qeybə çəkilir.

Hər dəfə Adil Bəbirovun bəstələrini eşidəndə göyərçin kimi uçan o not vərəqləri gəlir gözümün qarşısına. Bir mühüm fərqlə ki, Adilin eşitdiyimiz-bildiyimiz melodiyalarının heç biri daha heç vaxt itməyəcək. Ev-ev, insan-insan, il-il uçacaq, hər dinləyənə Adil Bəbirovun istedadlı, səmimi, üstün sənətkar varlığının mehrini yetirəcək.

Nə acı ki, 2021-ci il sentyabrın 26-da Adil özü də Vətəndən uzaqlarda – bir göyərçin kimi uçub getdi.

Qürbət yelləri onun özünü Vətəndən çoxdan aparmışdı, indi də Vətəndən uzaqlarda yer gizlədi. Vidalaşmağa da əlimiz çatmadı…

Adil nə yazıbsa ürəkdən yazıb. Ona görə yazdıqlarının hamısında ayrı bir işıq var. Teatr tamaşalarına, kinofilmlərə musiqilər yazıb, hər biri ayrılıqda çox mükəmməl əsərlərdir. Vaxtilə radioada Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsrinin səhnələşdirməsi hazırlanıb. Radionun səs xəzinəsində qorunmaqdadır. 1970-ci illərin sonlarında bir dəfə radionun fonotekasını araşdırarkən rastıma bir lent dolağı çıxdı. “Qılınc və qələm” pario-pyesinə yazılmış musiqi parçalarının hamısı burada idi. Dinlədim, valeh oldum. Nizami dövrünün ruhunu necə dəqiqliklə tutmuşdu, orta çağla yeni zamanın musiqi dilini necə həssaslıqla əlaqələndirmişdi.

Oradakı fraqmentlərin bəziləri heç pyesdə istifadə edilməmişdi.

Həmin lent barədə Adilə söyləyəndə elə bil gözlərinə işıq gəldi, qayıtdı ki, “Fioletov”da (Radionun səsyazma studiyası həmin ünvanda yerləşdiyindən – indi Əbdülkərim Əlizadə küçəsidir – ora radioçuların, musiqiçilərin dilində belə adlandırılırdı) bunu özüm lentə almışam, amma məndə qalmayıb, necə ki, çox əsərlərimizn yazısını saxlamamışam. Amma bu mənə çox əzizdir, sevindirdin məni…

Və Kanadaya gedəndə özü ilə apardığı əsərlərindən biri də həmin musiqi parçaları idi.

Azərbaycan teatr musiqisinin ən parlaq örnəklərindən biri kimi həmin parçalar Musiqi Akademiyasında, Milli Konservatoriyada bir dərs vəsaiti kimi, öyrəniləsi təcrübə, nümunə kimi illərcə istifadə edilməyə layiqdir.

Adil Bəbirov yalnız ürəyi tutan şeirə, filmə, tamaşaya musiqi yazırdı. Təkliflər çox olsa da qəlbinə yatmayan sözə, təsvirə içərisində musiqi doğulmurdu.

2000-ci ildə bir “Əlifba” kitabı yazmışdım. İstədim ki, içərisindəki şeirlərə tanınmış bəstəkarlarımız nəğmələr qoşsunlar.

Hansı tanınmış, sevdiyim bəstəkara müraciət edtimsə, dərhal uşaqlar üçün görülən bu vacib işə qoşulmağa razılıq verdilər. Vasif Adıgözəlov, Ramiz Mirişli, Faiq Sücəddinov, Oqtay Rəcəbov, Eldar Mansurov, Cavanşir Quliyev…

Mətnlərdən ikisini Adilə göstərdim, hanısını bəyənsəniz, yazın dedim.

Biri bayrağımız haqqında, biri Qar qızın mahnısı.

Ertəsi gün dedi bir mətn də ver. “Divin nəğməsi” adlı şeir vardı, onu da verdim. Güman etdim obiri şeirləri bəyənməyib, ona görə təzə mətn istəyir.

Ancaq bir neçə gün sonra hər üçünü çalıb-oxudu və mən də lentə yazdım.

Kanadaya getməzdən bir müddət əvvəl bəstəkar Cavanşir Quliyevgildəydik. “Əlifba”dakı nəğmələrin çoxunu Cavanşir bəstələmişdi, hamısı da bir-birindən gözəl.

Adil vasvası adam idi və əsərini hər kəsə etibar etməzdi. Lakin Cavanşiri çox istəyirdi. Həm insan, həm bəstəkar kimi. O mahnıların əlyazmalarının ilkin variantını verdi Cavanşirə ki, daha mənim vaxtım yoxdur, gedirəm, imkanın olsa bunları oranjiman elə.

Cavanşirin ucu-bucağı itmiş arxivində həmin əlyazmalar haçansa yəqin ki, üzə çıxacaq və Cavanşirin sığalı ilə Adil Bəbirovun o uşaq mahnıları hamıya eşidiləcək.

Hətta əlyazmalar tapılmasa belə, Adilin özünün çalğısı, oxusu qalır, yəqin bəd ayaqda elə onların əsasında Cavanşir günlərin birində Adilin həmin mahnılarına həyat verəcək, beləcə, unudulmaz dostumuzla onun insanlara ilk dəfə eşidilən təzə əsərləri ilə xəyalən yenidən görüşəcəyik.

Adili düşünürəm, yaddaşımda Şövkət Ələkbərovanın məlahətli avazında təkrarsız “Bənövşə” səslənir, Flora Kərimova “Özünlə apar”ı oxuyur, Elmira Rəhimovanın “Mən anayam” nəğməsi axır ürəyimə…

Adilin həmişə bir az yorğun kimi gələn doğma səsini, mehriban gülüşünü eşidirəm.

Tanış mahnılar dolanır yaddaşımda. Akif İslamzadədir bu, Adilin “Görüşə gəl”ini oxuyur.

Nə acı ki, əziz Adillə daha heç vaxt görüşə bilməyəcəyik…

Nə qədər ki, sağıq görüş yerimiz xatirələr, bir də solmaz, köhnəlməz əsərləri...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 2 həftə əvvəl

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dostuyam

Məmməd Əvəzoğlu: Dostuyam

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com