Hümbət Quliyev:
Yaxşı cəllad
(esse)
Misirdə öz əcəli ilə Hüseyn əl Karni adlı bir adam vəfat edib.
Niyə öz əcəli ilə yazdım? Çünki o, 1070 adam üçün əcəl olub, 1070 insanın hamısını şəxsən öldürüb. Yox, o, cinayətkar olmayıb, heç kimdən də bu yolla qisas almayıb.
O, bunu rəsmi dövlət qulluğunda işləyərək, maaş alaraq, hər öldürülənə görə də əlavə mükafat alaraq edib. Hüseyn əl Karni cəllad işləyirmiş. Əmək kitabçasında da yazılmış imiş, vəzifəsi-cəllad.
Qohumları, dostları, qonşuları, onun haqqında yaxşı fikirdə olublar. Xoş xassiyətli, hamıya əl tutmağa çalışan, mərhəmətli, bir sözlə, yaxşı insan olub.
Deyirlər ki, onun yas məclisinə də çox insan gəlibmiş.
Bəşər tarixi göstərir ki, cəmiyyətdə cəza mexanizmi olmalıdır, çünki cəzaya layiq insanlar- cinayətkarlar həmişə mövcuddur. Yüngül cinayətə görə, yüngül cəza, ağır cinayətə görə isə ağır cəza.
Lap ağır cinayətə görə isə ölüm hökmü. Bax bu məqamda cəlladsız keçinmək mümkün deyil. Bir nəfər olmalıdır ki, cəmiyyət və qanun adından bu işi yerinə yetirsin. Məhz belə məqamlarada Hüseyn əl Karnini dəvət edirmişlər və o da vicdanla öz işini icra edirmiş.
Əlbəttə, həmən cəllad yaxşı insan olsa yaxşıdır, elə Hüseyn əl Karni kimi…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.