“Dünya mədəniyyətinə qovuşan sənətkar” adlı videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin informasiya texnologiyaları mütəxəssisi Elnarə Qarayeva Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist və kinorejissor Rüstəm İbrahimbəyovun 85 illik yubileyi ilə əlaqədar videoçarx hazırladı.
Videoçarxda Rüstəm İbrahimbəyovun həyat və yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir. 15 pyesi dünyanın 100-dən çox ölkəsinin teatrlarında tamaşaya qoyulmuşdur. Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1976-cı ildə Əməkdar incəsənət xadimi, 1988-ci ildə xalq yazıçısı adlarına layiq görülmüşdür, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Videoçarxda R.İbrahimbəyovun mükafatları və filmoqrafiyası haqqında məlumat verilir. Yazıçının ssenarisi əsasında çəkilmiş filmlərdən bir sıra parçalar da nümayiş olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.