19 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elman Eldaroğlu: Azərbaycanı bütöv görən tarixçi alim...

1 il əvvəl 302 01

Elman Eldaroğlu:

Azərbaycanı bütöv görən tarixçi alim...

Akif Aşırlı- 55

Onu bal arısına da bənzətmək olar, çiçəklərin şirələrini çəkib bal hazırlayan zəhmətkeş arıya. Ötən ömrünü elmə, yaradıcılığa həsr edib. Öyrənib bildiklərini təfəkkürünün süzgəcindən keçirərək ortaya sanballı işlər qoyub. Hələ şagird olduğu vaxtlardan başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb və bir müddət "Müxalifət" qəzetində çalışıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur. Ciddi tədqiqatçı, istedadlı jurnalist kimi, onu ölkədə çox adam tanınıyır. Adını çəkməsəm də söhbətin kimdən getdiyini bilənlər inanıram ki, az deyillər. Bəli, bu bəstəboy oğlan Akif Aşırlıdır...

Qulu Meherremli:

İnsanı yaxşı tanımaq üçün onu çətinlikdə və səfərlərdə görməlisən. Akif Aşırlını hər iki situasiyada parlaq görmüşəm. Çox səmimi, dürüst, ədalətli və ləyaqətli adamdır. Tarixlə jurnalistikanı gözəl uzlaşdıra bilir. Onun tarixçi savadını bir çox mübahisələrdə ləzzətlə

seyr etmişəm. Həqiqi bir millətçidir, el-oba adamıdır. Ölkənin ən yaxşı qəzetlərindən birinə rəhbərlik etməsi tədadüfi deyil!

Gözəl dostumuzun doğum günü mübarək olsun!

Ali Shamilov:

Akif bəy, ad günün mübarək. Yüz yaşa, millətimiz uçun hələ çox işlər görmək isən. Onları da şərəflə yerinə yetir. Nəvələrin başına toplaşıb yüz illiyini qeyd edəndə qürurla deyə bilsinlər: imperializmin istəklərinin puça çixarilmasinda , türk xalqlarının birləşməsində babamızın da böyük rolu olub

Elçin Məmmədli:

Akif Aşırlı 55-ə qədər çox aşırımları min bir çətinliklə də olsa, aşa bilib. "Şərq" qəzeti onun övladıdır. Bu övladın dünyaya necə gəlməsi, necə ayaq tutması, necə yeriməsi, necə böyüyüb 28 yaşına çatması, hamısı gözümün qabağında olub. Akif Aşırıının qəzetin topasını qoltuğuna vurub necə o vaxt olan əldə yayım firmalarına aparması da gözümün önündədir. İndi isə qəzeti qoltuğa vurub aparmaq lazım deyil. "Şərq" indi özü yeriyir və arxasınca da Akif Aşırlı olmaqla böyük bir kollektivi aparır. "Şərq" qəzeti yenə Akif Aşırlının min bir əziyyəti sayəsində indi Şərqin bir qəzetinə çevrilib və "Şərq"in günəşi indi doğrudan da Şərqdən doğur. Yəni "Şərq" qəzeti indi Şərq aləmində tanınır. Bu Akif Aşırıının Azərbaycan xalqına bir xidmətidir. Böyük alim Xudu Məmmədovun yazdığı bir bayatı yada düşür:

" Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim adım qalsın,

Tikmişəm izim qala".

Akif Aşırlı da bu xalq üçün özündən sonra izi qalsın deyə "Şərq" qalasını tukdi, yaratdı...

"Müxalifət" qəzetində birgə işlədiyimiz vaxtlar yadıma düşür. Bir yerdə oturub qalmazdı. Daim gah müxtəlif yerlərə gedib reportajlar hazırlayır, gah da ayrı-ayrı siyasətçilərlə, müxtəlif vəzifə sahibləri ilə görüşüb maraqlı müsahibələr allrdı. Bu işgüzarlığının nəticəsi olaraq 1996-cı ildə "Şərq" qəzeti doğuldu. Qəzetin indiki səviyyəsinə çatması üçün Akif Aşırlı çox əziyyətlər çəkib. Artıq qəzet relsin üstündədir və böyük bir kollektivin birgə əməyi sayəsində öz yolu ilə rahat və heç bir maneəsiz yol gedir. Bu yol üzü Təbrizədir, bu yol üzü Turanadır, bu yol üzü böyük Şərq dünyasınadır... Bu yol həm də Akif Aşırlının 65, 75, 85 və 95 yaşına doğrudur. 95-də yəqin bir fasilə verib yenə yoluna davam edər. Akif bəy, bu yolda sənə van sağlığı

və daha böyük uğurlar arzu edirəm. 55 yaşın mübarək, əziz qardaşım!!!

Qeyd. Sarı fonda verilən başlıqlar sosial şəbəkə ilə eynilik təşkil edir.

Səhv etmirəmsə, mərhum şair Hüseyn Arifin sözləridir- “Adam haralı olar? Əlbəttə Qazaxlı.” O da, 1969-cu ildə söz-sənət beşiyi Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Qayğsız uşaqlıq illərini orada keçirib. Orta təhsilini Daş Salahlı kənd 1 saylı orta məktəbdə bitirib. Əsgərlikdən geri dönəndən bir qədər sonra BDU-nun tarix fakültəsinə daxil olub. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. Bununla kifayətlənməyərək "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.

1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib. 2019-cu ildən Azərbaycan Türk Ocağının başqanıdır...

Deyir ki,- “Bu gün Azərbaycan ədəbi dili şəhərdə yox, kənddədir. Söhbət canlı danışıq dilindən gedir. Var quru dil, var oynaq dil, var şirin dil. Əsl Azərbaycan türkcəsi canlı dildir. Bizim gənc yazarlarımız gedib kəndlərdə oturmalı, kənd adamları ilə söhbət etməlidir. Bu da əsərlərdə özünü göstərməlidir. Şəhər ədəbiyyatından İlqar Fəhmini çox bəyənirəm. Onun “Bakı tarixindən kollaj” əsəri həm dil baxımından, həm faktlar baxımından çox zəngindir. Kənd və şəhər təfəkkürünün sintezini gözəl verib. Yazıçı şəhərdən çıxdı, kənddən gəldi, bunun fərqinə varmaq lazım deyil. “Qazaxşina”, “Qarabağşina”, “Cənubşina” söhbətlərinə son qoyulmalıdır. Ziyalı Azərbaycanı bütöv götürməlidir. Turançı olmalı, türk dünyasının bütövlüyü üçün çalışmalıdır...”

İndiyədək "Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı", "Nəriman Nərimanovun Kremildə qətli", "Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu", iki cilddə "Azərbaycan mətbuatı tarixi" kitablarının müəllifi, "Bağanıs Ayrım soyqırımı" kitabının həmmüəllifidir. Türkiyədə "Sarıqamış əsirlərinin dramı- Nargin", "Xocalıda türk soyqırımı", "Azərbaycanda Türk Ocağı", "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu hərəkatı" və s. kitabları çap olunub.

2016-cı ildə AMEA-nın Tarix institunda "Qafqaz İslam Ordusu Cumhuriyyət dövrü mətbuatında" adlı dissertasya işini müdafiə edərək tarix elmi üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəlib. Azərbaycan Xalq Cümhuriyyəti dövrü və Mətbuat tarixi ilə bağlı çoxsaylı elmi publisistik məqalələri var. Mətbuat Şurası idarə heyətinin üzvüdür. Əsərləri Türkiyə, Gürcüstan və Ukraynanın populyar elmi jurnallarında dərc olunub...

“Doğrudur, ömrümün uşaqlıq illəri Sovet dövründə keçib, amma o dövrün də özünün maraqlı cəhətləri var idi. Gəncliyim çox maraqlı keçib, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmək üçün tarix mənə də fürsət verdi. Milli Azadlıq hərəkatında iştirak edə bildim. O dövrün qəzet və jurnallarında çıxışlarım çoxdur. Uzun illər “Yeni gün” və “Müxalifət” qəzetlərində çalışsam da, daha sonra “Şərq” qəzetini yaratdım. Belə bir həyat yaşadığım üçün heç də peşman deyiləm. Amma etiraf edim ki, otuz yaşında etdiklərimi indi edə bilmirəm, adama çətin gəlir. Ona görə də geriyə baxanda elə də kədərlənmirəm. Yaşadığım illər ərzində xeyli sayda kitablarım, məqalələrim, araşdırmalarım çıxıb. Düşünürəm ki, o qədər də məhsuldar olmasam da gələcək nəsillər üçün nəsə saxlaya bilmişəm.”- söyləyir...

Ünsiyyətdə çox sadə, təvazökar adamdır. Yaxşı yoldaşlığı, dostluğu var. Vəfalı olduğu üçün xəyanətə dözümsüzdür. Yalançı, aravuran adamlar gözünün düşmənləridir. Onda zərrəcə paxıllıq hissi tapmazsan, xəbislikdən çox uzaqdır. Elə bu xüsusiyyətlərinə görə də sevilir, səmimi hörmətlə qarşılanır.

Çox zəhmətkeşdir. Bundan sonra heç nə etməsə belə saysız-hesabsız məqalələr yazıb, reportajlar hazırlayıb. Cəbhə bölgələrində çox olub, Ağdərə döyüşlərindən, Tərtərdən reportajlar hazırlayıb. 1992-1993-cü illərdə Qazaxın, Tovuzun sərhəd kəndlərindən hazırladığı reportajları bu gün də qoruyub saxlayır. Taleyinə ABŞ-ın 7 ştatına səfərə getmək də yazılıb. Hətta orada jurnalistika kursu da keçib. Bunların hər biri onun həyatında silinməz izlər buraxıb. Söhbətin bu yerində yadıma ABŞ-da yaşadığım illər düşdü. Mən də orada jurnalistika kursu keçən bir adam kimi, yaxşı yadımdadır ki, rusdilli bir yəhudi müəllimdən sovet dövrünün oçerklərini darmadağın edən, portret janrının yeni üslubunu öyrəndim. Onun mənə bir tapşırığı var idi- “Bütün öyrətdiklərimi milliləşdir, öz xalqının dilinə, mentalitetinə uyğunlaşdır.”

Peşəkar jurnalist olmaq üçün öz üzərində çox çalışıb. Mütaliə etməyi heç zaman unutmayıb.

Deyir ki,- “Hər bir qələm adamı yazdıqlarına cavabdeh olmağı bacarmalıdır. Hansı mövzular ki, təmsil etdiyin cəmiyyət üçün maraqlıdırsa, o mövzuları işləməlisən. İndi jurnalistlər məhkəmələrə çox çəkilmir, mənim vaxtımın böyük hissəsi məhkəmələrdə keçib. Yazdığım faktların doğru olduğunu, haqqı tərənnüm etdiyimi, yeri gələndə məhkəmələrdə sübut etmişəm. Doğrudur, məhkəmələrin həm ədalətli, həm də ədalətsiz qərarları da olub, amma bütün bunlar məni ruhdan salmayıb, əksinə əzm və iradəmi mökəmləndirib. Bəli, jurnalist öz üzərində daha da çalışmalıdır. Cəmiyyət görəndə ki, onun sabit fikirləri var, öz fikirlərini doğru ifadə etməyi bacarır, öz fikirlərinin arxasındadır, həmin jurnalistin qələminə hörmətlə yanaşır...”

Arzuları çoxdur. Həyatda yaxşı ömür sürmək, demokratik cəmiyyətdə yaşamaq, ailədə, cəmiyyətdə hüzurlu olmaq onun arzuları sırasındadır. “Xalq arasında məşhur olmaq şans işidir, həm də alın yazısıdır. Amma gərək bunun üçün yorulmadan əmək sərf edəsən, zəhmət çəkəsən. Gərək daim çalışasan ki, cəmiyyətə, yaxın ətrafına xeyir verəsən. İndi bilmirəm, mən buna nə qədər nail olmuşam.”- söyləyir...

İllər necə gəlib keçir adam hiss etmir. Budur, 55 də gəlib çatıb. Amma bu hələ o demək deyil ki, qəhrəmanım artıq qocalıb. Bu yaş qocalığa gedən ömür yolunun gənclik çağlarıdır. Yenə də hər zamanki kimi səhər yaradıcılıq ovqatıyla ayağa durub iş başına tələsir, yaradıcılıqla məşğul olur. Hesab edir ki, insan üçün ən yaxşı hal onun sevdiyi peşə ilə məşğul olması və illərlə yol gedəcəyi sədaqətli dostları ilə münasibətlərini qorumasıdır. “Həyat insana həm ailəsi- övladları və həm də dostları ilə maraqlıdır.”- söyləyir.

Bəli, haqqında söhbət açdığım Akif Aşırlı xoşbəxt adamlardandır. Xoşbəxtdir ona görə ki, həyatından razıdır, həmişə ətrafına fayda verib...

Fevralın 15-i “Tərəqqi”, "Azərbaycan Xalq Cümhuriyyəti- 100" medallarına layiq görülən, əməkdar jurnalist Akif Aşırlının 55 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

Çox yaşasın!

Elman Eldaroğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 2 həftə əvvəl

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dostuyam

Məmməd Əvəzoğlu: Dostuyam

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com