BDU-da Maliyyə Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin sonuncu kurs tələbələrinin Maliyyə Nazirliyinin əməkdaşları ilə görüşü keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov universitetlə dövlət və özəl müəssisələr arasında qurulan əməkdaşlığın, həmçinin karyera quruculuğu yönündə bu tip tədbirlərin təşkilinin tələbələr üçün əhəmiyyətindən danışıb.
Sonra Maliyyə Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elman Hüseynov, Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktor müavini Zaman Hüseynov, Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Rəna Hüseynova və İnsan resurslarının idarə edilməsi şöbəsinin əməkdaşı Ləman İsmayılova təqdimatlarla çıxış ediblər.
Çıxışlarda Maliyyə Nazirliyinin tarixi, fəaliyyət istiqamətləri, strukturu, işə (dövlət qulluğuna) qəbul qaydalarının əsas prinsipləri, mərhələləri, dövlət qulluğunun üstünlükləri və s. barədə məlumat verilib.
Görüşdə sonuncu kurs tələbələrinin Maliyyə Nazirliyinin müvafiq struktur bölmələrində işə cəlb olunması, təcrübə mübadiləsi kimi məsələlərə toxunulub, onların sualları ətraflı cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.