Hafiz Rüstəm:
Nə biləydik ayrılıq var, ölüm var?
Onun əvvəlki adı Şanxay idi, sonralar Şamxalla əvəzləndi.
Biz ADU-da paralel oxumuşuq: o jurnalistikada, mənsə şərqşünaslıqda. Nə vaxt, harada, ola bilsin universitetin 3 saylı yataqxanasında tanış olmuşuq, oraya yaxın təzə açılmış ikimərtəbəli " Kvant" tələbə yeməkxanasında yemək yeyib çay içmişik, bir-birimizə yeni yazdığımız şeirlərimizi oxumuşuq.
O, hamımızdan çox dövrün məşhur ədəbi-bədii orqanlarında görünür, konkret ara-sıra "Ulduz" jurnalında çap olunurdu. Bu canlı misraları hələ də yaddaşımın bir küncündə qalıb, ancaq üstünü toz basmayıb:
Sabah əsgər gedir kənd uşaqları,
İlbizlər kiminçün oxuyacaqlar?
Arabir tətillərdə Şamxordan gətirdiyi yerli konyak qonaqlığına da məni dəvət edirdi, alkoqoldan uzaq olduğumu bilə-bilə, gülümsəyə-gülümsəyə.
İllər sonra Azərnəşrin köhnə binasında qarşılaşdıq, keçən günləri azacıq yad etdik, bu kupleti oxudum:
İlyas Tapdıq postdan getdi,
Quyruğunda Məstan getdi.
Bağ pozuldu, bostan getdi...
-Yoldaş müəllif, köhnə dost, bu populyar şerin bütün kupletlərini bəlkə mənə diktə edəsən?- deyə gülə-gülə soruşdum. O da gülümsəyə-gülümsəyə: - Gözüm üstə! Ancaq hamısını əzbər bilmirəm, hökmən göndərərəm!- dedi.
Neçə illərdən sonra təsadüfən Azərbaycan nəşriyyatının qapısı ağzında görüşdük, mənim “Sürücü” şerimdən bu misraları əzbər dedi:
İşıqlı yolların yolçusuyuq biz,
Sürücü, qardaşım, ehtiyatlı ol!
Demə ki, qarşında uzanır bir iz,
Sənin əlindədir neçə ömür, yol...
və məndən o şeri büöv oxumağı xahiş etdi:-Mən də sənin kimi şeirlərimi əzbər bilmirəm, inşallah növbəti dəfə elə nəşriyyatın bu yeməkxanasında birlikdə nahar edib həm ədəbi mövzuda, həm də şəxsi məsələlər ətrafında dərdləşərik - dedim
Nə biləydik ayrılıq var, ölüm var? Allah rəhmət eləsin!
Onun məndən oxumağımı arzu etdiyi şeri bütövlükdə təqdim edirəm:
SÜRÜCÜ
Avtobus quş kimi uçur yerindən
Fikirlər narahat, hisslər narahat.
Çoxunun yayınmır nəzərlərindən
Təkərlər üstündə şütüyən həyat.
Şirin söhbət də var, şən gülüş də var
Bu dəmir qutunun içərisində.
Dostum, həyəcan da, təşviş də axtar,
Məntiq anlayan ol, nə olar, sən də!
Süzür yol boyunu gənc qız, gənc oğlan
Söhbətdən kənara, sözdən kənara.
Nurani bir qoca eynək altından
Diqqətin keşikçi qoyur yollara.
Bir ana qoynuna sıxaraq gərgin
Qayğıyla seyr edir südəmərini.
“Kaş qarışıq yuxum olmayaydı çin!”
Qarı xeyrə yozur bu səhərini...
İşıqlı yolların yolçusuyuq biz,
Sürücü, qardaşım, ehtiyatlı ol!
Demə ki, qarşında uzanır bir iz,
Sənin əlindədir neçə ömür, yol...
1970
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.