Nazilə Kiçiliyeva:
Qalaktikamız yadplanetlilərlə doludur
2010-cu ildə Britaniyalı Kral Elmlər Akademiyası -yerdənkənar həyatın mövcudluğunun mümkünlüyünü müəyyən etmək üçün xüsusi tədqiqat aparmışdır.Nəticədə onlar qətiyyətlə bəyan etmişdilər ki, tezliklə Yer kürəsinə kosmosdan yadplanetlilər gələcəklər. Alimlərin təxmini hesablamalarına görə, kainatda 10-dan-100-ə qədər yüksək inkişafa malik sivilizasiya mövcuddur.
Alimlərin bu bəyanatının əsasını, kaliforniyalı astronomiya və astrofizika professoru Frenk Donald Dreykin tənliyi təşkil edirdi.O, hələ 1960-cı ildə Qalaktikamızdakı sivilizasiyaların sayının və onların yerlilərlə görüşmə ehtimalının hesablanması üsulunu təklif etmişdir. Kral Akademiyasının alimləri belə bir qənaətə gəlmişdilər ki, bəşəriyyət indidən yadplanetlilərlə görüşə hazırlaşmalıdır.
2010-cu il sentyabrın 29-da astronomlar Yerdən 20 işıq ili məsafədən olan Qliesa-581-q planetini kəşf etdilər. Onların fərziyyəsinə görə bu planetdə canlı aləmin mövcudluğu böyükdür. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının nəzdində, Malayziyalı astrofizik Mazlan Otmanın rəhbərliyi altında Yadplanetlilərlə Əlaqələr Agentliyi yaradılması qərara alındı.Yeni qurum yerdənkənar kontaktların yaradılması məsələləri ilə məşğul olmalı və yadplanetlilərin bizə qarşı düşmən münasibəti bəslədiyi halda fəaliyyət planını işləyib hazırlamalı idi.
Yadplanetlilər yerə gəldikləri zaman biz onlardan nə gözləməliyik?
Kembriç Universitetinin paleontologiya professoru Saymon Konvey Morris hesab edir ki, yadplanetlilərin evolyusiyası yerdəki kimi inkişaf etmiş ola bilər. Belə olduğu halda,yadplanetlilədə də,zora, başqa canlıların istismarına meyl ola bilər.Belə çıxır ki, onlar bizim üçün təhlükəlidir?
Məşhur alim Stiven Hokinq bununla əlaqədar fikrini belə bildirmişdir.:,,Əgər, nə zamansa, yadplanetlilər Yerdə peyda olacaqlarsa, bunu yalnız Xristafor Kolumbun Amerikaya gəlişi ilə müqayisə edə bilərik.O zamansa, bildiyimiz kimi, yerli əhali olan hinduların taleyi o qədər də xoşa gələn olmamışdır".
Şotlandiyanın Sent-Endryu universitetinin professoru Martin Dominik kolleqaları ilə razılaşmiır.Onun fikrincə:,,Alternativ aləmlər bizim üçün, fantastik ədəbiyyatda dəhşətlərlə təsvir edildiyi kimi deyil".Alim bizi yadplanetlilərdən qorxmamağa çağırır.
Britaniya Kral akademiyasının astronomu Lord Ris belə bir fərziyyə irəli sürmüşdür ki, yadplanetli sivilizasiyalarla görüşən zaman biz, ümumiyyətlə bir-birimizi başa düşməyəcəyik.Onlar, inkişaf səviyyələrinə görə o qədər irəli getmiş ola bilərlər ki, onlarla müqayisədə, bəşəriyyət ona Kvant nəzəriyyəsini izah edə bilən şimpanzeyə bənzəyə bilər.
Tanınmış ingilis psixoloqu Albert Harrison hesab edir ki, yadplanetlilərlə görüş zamanı, yer sakinləri arasında, nə çaxnaşma, nə də panika olmayacaq:,,Son 50 ildə biz, kütləvi informasiya vasitələri sayəsində Kainatda tənha olmadığımız fikrinə alışmışıq".
Beləliklə, yadplanetlilərlə görüşün nəticələrindən asılı olmayaraq, mə'nən bəşəriyyət bu kontakta hazırdır. Bizə isə, yadplanetlilərin gəlişini gözləmək qalır.......
23.12.2015.
Balakən:Gərəkli
Nazilə Kiçiliyeva
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.