17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Ziyadxan Əliyev: Bu gün Bəhruz Kəngərlinin anım günüdür

1 il əvvəl 337 01

Ziyadxan Əliyev:

Bu gün Bəhruz Kəngərlinin anım günüdür

BƏHRUZ BƏY KƏNGƏRLİ FENOMENİ

Bəzən biz yolu seçirik, bəzən də yol bizi. Hər iki halda heç kim bu yolun pisliyini və uğursuzluğunu istəmir. Elə 1892-ci ildə Naxçıvanda öz dövrünün qabaqcıl ziyalılarından sayılan Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan oğlana Bəhruz adı verəndə də, heç kəs adı “Xoş gün” kimi tərcümə olunan uşağın otuz ildən sonra məşhur rəssam kimi gözlərini əbədi yumacağını bilmirdi. Amma Bəhruz bəy ona ayrılmış bu qısa ömür payını da duyulası təzadlarla keçirdi. Hələ körpəlikdə doğma anasını itirən, 9 yaşından isə qulaqları tutulan və səsə həsrət qalan gənc rəssam təhsilsonrası davam edən cəmisi 7 illik yarsadıcılığı ilə adını Azərbaycanın sənət tarixinə yaza bildi. Məşhur Kəngərlilər nəslinin nümayəndəsi olan Bəhruz bəy Azərbaycan gerçəkliyində ömrün mənasının onun uzunluğundan asılı olmadığını əyani olaraq təsdiqlədi, desək, həqiqəti söyləmiş olarıq. Bu gün Bəhruz bəy adının çoxəsrlik Naxçıvan tarixi ilə qoşa çəkilməsi də onun adının ölməzliyə, əsərlərinin zamansızlığa qovuşduğunun danılmaz sübutudur...

Etiraf edək ki, Bəhruz bəy Kəngərli zamanında təkbaşına bütöv bir yaradıcı nəslin görə biləcəyi işləri həyata keçirmişdir. Onun özünün firavanlıqdan uzaq bir durumunda yaratdığı “Qaçqınlar” qrafik silsiləsi bu gün duyulası zaman distansiyasından adi professionallığın ifadəsindən daha əzəmətli, vətənpərvər sənətkar-vətəndaş mövqeyinin təzahürü kimi qəbul olunur və dəyərləndirilir. Ona ayrılmış ömür payının cəmisi yeddi təzadlarla zəngin ilini müstəqil yaradıcılığa həsr etməyə imkan tapan Bəhriz bəy erməni təcavüzündən bəhs edən “Qaçqınlar”ı ilə yurdun ən çətin anlarında XX əsr Azərbaycan təsviri sənətinin mənəvi yükünü daşımağa məhkum olan, amma bunu sona qədər edə bilməyən rəssamların üzünü ağartdı, desək, yanılmarıq. Belə ki, onun bu silsiləsi mənfur qonşularımızın əsl xislətini ifşa edən təkzibolunmaz bədii sənədlərdir...

Əgər onun çox da uzun olmayan bioqrafiyasını xronoloji ardıcıllıqla vərəqləsək, onda ilk növbədə uşaq yaşlarında eşitmə qabiliyyətini itirən Bəhruz bəyin təhsil aldığı rus-tatar məktəbindən uzaqlaşmağa məcbur olduğunu dilə gətirməliyik. Bundan sonra o, təhsilini evlərində atası Şirəli bəyin köməyi ilə alıb. Həmin çətin illərdə lap uşaq yaşlarından həvəs göstərdiyi rəssamlıq onun sevimli məşğuliyyətinə çevrilib. Bir müddət keçəndən sonra Bəhruz bəy qəti olaraq rəssamlıq təhsili almaq qərarına gəlir və atasından onu Tiflisə oxumağa göndərməsini xahiş edir. Şirəli bəy isə oğlunun eşitmədiyini nəzərə alaraq, onun həm də doğma evdən uzaq bir yerdə rəssamlıq məktəbində oxuya biləcəyinə inanmadığından, tərəddüd edir. Lakin Tiflisdə dostlarının mövcudluğu və Bəhruz bəyin öz qüvvəsinə inamı, oxumağa olan sonsuz həvəsi Şirəli bəyi oğlunun oxumasına razılıq verməyə məcbur edir. Beləliklə, 1910-cu ildə 18 yaşlı Bəhruz bəy rəssamlıq təhsili almaq üçün Tiflisə yollanır və imtahan verib o vaxtlar Zaqafqaziyadakı yeganə rəssamlıq məktəbinə qəbul olunur. 1915-ci ilə kimi burada təhsil alan, dövrünün tanınmış fırça ustalarından sənətin sirlərini öyrənən gənc rəssam təhsili başa vurduqdan sonra doğma Naxçıvana qayıdır.

Onun cəmisi yeddi il davam edən yaradıcılığı kifayət qədər zəngin olmuşdur. Bəhruz bəyin bu müddətdə 2 minə yaxın rəngkarlıq, qrafika və teatr-dekorasiya nümunələri yaradıldığı bildirilsə də, bizim dövrə onların 500-ə qədər gəlib çatmışdır. Bu çoxsaylı əsərdə həyata və gördüklərinə onun fərdi, heç kimə bənzəməyən “Bəhruz baxışı”nı duymaq mümkündür.

Onun yaradıcılığı janr əlvanlığı ilə seçilir. Bununla belə onun bizə yadigar qoyub getdiyi bədii irsdə portret və mənzərələr çoxluq təşkil edir. Hələ tələbə ikən Naxçıvanda ilk fərdi sərgisini təşkil edən (1914) rəssam insanların məhz həmin janrlara olan marağını hiss etmişdi. Bunu nəzərə alan rəssamın təhsilsonrası əhali arasında yaydığı “Naxçıvan yadigarı” albomunda da mənzərələr və portretlər əsas yer tutmuşdı.

Bu yerdə deyək ki, əgər Bəhruz bəyin müxtəlif janrlı əsərlərinin yalnız az bir hissəsi insan və təbiət gözəlliyini vəsf edirsə, qalan çoxluq isə rəssam tərəfindən gördüyü və yaşadığı tarixi olduğu kimi əbədiləşdirmək, başqa sözlə desək, gələcək nəsillərə çatdırmaq üçün işlənilmişdir. Bu da gənc fırça ustasının ilk növbədə rəssamın vətəndaşlığının və vətənpərvərliyinin ifadəsidir, desək, yanılmarıq.

Onun portretlər qalereyası kifayət qədər zəngindir. Burada əsasən rəssamla birlikdə doğma şəhərdə yaşayan müxtəlif yaşlı insanların, eləcə də erməni təcavüzündən xilas olmuş qaçqınların obrazları yer almışdır. Onun kömür və karandaşla çəkdiyi “Azərbaycanlı qadın”(1913), “Şirin xanımın portreti" (1917), “Əsəd ağa Kəngərli” (1916), “Nazlı xanım Tahirova(Nəcəfova) (1916), “Mirzə Heydər Nəsirbəyovun portreti” (1918), “Rus dili müəllimi Mirzə Məhəmməd Zamanbəyovun portreti” (1917), eləcə də yağlı və sulu boya ilə işlədiyi “Şirniyyatçı Kərbəlayı Heydərin portreti” (1919), “Tatar kişinin portreti” (1920), “Peyğəmbər” (1920), “Oğlan portreti” (1917), “Kişi portreti” (1919), “Avtoportret” (1920), “Dövlətli müsəlman xanımı. (“Naxçıvan xanımı” (1917) və s. portretləri gənc rəssamın insan psixologiyasına dərindən nüfuzetmə bacarığını əks etdirir.

Bəhruz bəyin “Qaçqınlar” silsiləsini otuza qədər sulu boya ilə çəkilmiş əsər təşkil edir. Unutqanlığımızla bələnmiş həmin rəsmləri əsrlərin qovşağında çəkilmiş ürəkağrıdan kino kadrları, foto şəkillərlə tutuşdursaq, kifayət qədər oxşar cəhətlər taparıq. Biz şübhə etmirik ki, vaxtı ilə Bəhruz bəy 1918-1921-ci illərdə Ermənistandakı dədə-baba yurdlarından qovulub Naxçıvana pənah gətirmiş qaçqın soydaşlarımızın portretlərini yaddaşımızın korşalmaması üçün işləmişdi. Bunları bir çox hallarda olduğu kimi ona sifariş edən də, satın alan da olmamışdı. Amma gənc rəssamımız böyük vətənpərvərlik nümunəsi göstərib başımıza gələnlərin bədii salnaməsini (“Qırmızı yaylıqlı qız”, “”Qaçqın qadın”, “Qaçqın İmran çanta ilə”, Canfəda kəndindən qaçqın oğlan”, “Avşar kəndindən qaçqın qız Cümsün” və s.) yaratmışdı.

Bəhruz bə Kəngərlinin yaradıcılığı janr etibarilə rəngarəng olsa da, bu zənginlikdə mənzərənin say etibarilə çox olması kifayət qədər görünəndir. Öncədən deyək ki, bu mənzərələr arasında Naxçıvan təbiətini vəsf edən əsərlərlə yanaşı, yaşanan tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edən nümunələr də az deyil. Bu mənada əgər onun “Minarəsi zədələnmiş məscid” (1920), “Tərk edilmiş ev” (1921), “Naxçıvanda xarabalıqlar” (1921), “Eylabat kəndində dağıdılmış darvaza” (1921), “İmamzadə türbəsi” (1919), “Mömünə xatun türbəsi” (1920), “Əshabi-kəhf dağı” (1921), “Nuhun məzarı” (1921) və s. əsərləri tarixi durumun əbədiləşdirilməsinə yönəlidirsə, “Ağaclar” (1917), “Dağ mənzərəsi” (1918), “Albalı ağacları” (1916), “Qarlı dağlar” (1916), Cənuba görünüş” (1921), “Dağın zirvəsi” (1918), “Ayın doğması” (1920), “Payız” (1921) və s. doğma yurdun təbiətinə xas gözəllikləri üzə çıxarmağa, qürur qaynağına çevirmək üçün işlənilmişdir, desək, yanılmarıq.

Əgər rəssamın tələbələk işlərini nəzərə almasaq, onda onun Naxçıvana qayıtdıqdan sonra yaratdığı müxtəlif janrlı əsərlərin ölçülərinin əsasən kiçik olduğunu xüsusi vurğulamaq istərdik. Bəzi tədqiqatçılar bunu rəssamın maddi vəziyyətinin çətinliyi ilə əlaqələndirməyə çalışsalar da, qənaətimizcə bu onun məqsədli seçimi olub. Ən maraqlısı onların hər birində müəllifin tətbiq etdiyi bədii şərhlərdə obyektə ümumiləşdirmədən detallaşdırmaya kimi uzanan tapınma istəyi duyulandır. Bütünlükdə isə, Bəhruz bəyin kiçikliyində qeyri-adiliyi duyulan bu kiçik lövhələrin demək olar ki, hamısı azdetallıdır. Müxtəlif ağacların və şəhəri əhatələyən dağların təsvirindən ibarət olan çoxsaylı lövhələrdə müəllifin diqqəti onların bilavasitə həmin anda daşıdığı ümumi rəng-ovqat tutumunu əks etdirməyə yönəldilmişdir. Təsvir obyektləri ilin və günün müxtəlif vaxtlarında görüntüyə alındığından onların rəng həlli fərqli və dəyişgəndir.

Mənzərə və portretlərə nisbətən rəssamın bizim dövrə gəlib çatmış natürmortları çox azdır. Onun tələbəlik illərini əhatə edə biləcək natürmortları bizim dövrə gəlib çıxmayıb. Yaradıcılığının Naxçıvanda baş tutan yeddi illik döv ründən də cəmisi beş natürmort yadigar qalıb.

Rəssamın yaradıcılığında teatr-dekorasiya sənəti ilə bağlı gördüyü işlər də xüsusi yer tutur. Belə ki, Azərbaycanda bu sənətin davamlı şəkildə təşəkkülü səhnə tərtibatı sahəsində də istedadını sərgiləyən Bəhruz bəy Kəngərlinin adı ilə bağlıdır.

Çox da uzun çəkməyən yaradıcılığında süjetli lövhələr bir o qədər çox deyildir. Bu mənada gənc fırça ustasının müxtəlif illərdə yaratdığı “Elçilik” (1910-cu illər), “Naxçıvan toyu” (1910-cu illər), “Naxçıvan çaparı” (tarixi məlum deyil), “Dükanda” (1913), “Qaçqınlar” (1920-ci illər), “Çoban sürü ilə” (1921), “İki qadın” (1920), “Namaz” (1916), “İki qaçqın qız” (1920) və “Kəndli oraq ilə” (1921) əsərlərinin adını çəkmək olar.

Azərbaycan təsviri sənət tarixində adı həm də tez-tez çox məhsuldar rəssam kimi xatırlanan Bəhruz bəy Kəngərli 1922-ci ilin 7 fevralında dünyaya əlvida dedi. Əslində gələcəkdə bütün Azərbaycanın fəxri olacaq rəssamı lap uşaqlıqdan müxtəlif xəstəliklər izləməyə başlamışdı və gənc rəssam da çox vaxt yalnız özünə bəlli olan bu əzablara qatlaşa-qatlaşa sanki anbaan ölümünə doğru gedirdi. Amma yaratmağından da qalmırdı. Odur ki. bəlkə də bir soyuq fevral günü dünya ilə vidalaşanda Bəhruz bəy qoyub getdiklərindən narahat deyildi. Yaratdıqlarının bu gün hər birimizə qürurverici qəbul olunması da bunu təsdiqləyir. Dəfn günü onu son mənzilə yola salmağa gələn insan axınının nəhayətsizliyi isə sübut edirdi ki, Naxçıvan kimi və nəyi itirdiyini yaxşı başa düşür...

P.S. Bəhruz bəy Kəngərlinin tədqiqatçısı olaraq ən böyük arzum Naxçıvanda rəssamın adını daşıyan obyektlərdə onun adının yanında “B Ə Y” sözünün yazılmasıdır. Bu böyük sənət fədaisinin halal haqqıdır!!!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Rənglərlə danışan incəsənət qəhrəmanı

Rənglərlə danışan incəsənət qəhrəmanı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

John Doe 1 həftə əvvəl

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com