09 avqust 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Hakan Fidan və Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar

Hakan Fidan və Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar

“Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

“Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

ABŞ YUNESKO-dan çıxdığını elan etdi

ABŞ YUNESKO-dan çıxdığını elan etdi

Ərdoğan Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib

Ərdoğan Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Cırıq dırnaqlar və sınıq barmaqlar: erməni təcavüzü qurbanlarının şok ifadələri

Cırıq dırnaqlar və sınıq barmaqlar: erməni təcavüzü qurbanlarının şok ifadələri

Laçın rayonunda insan qalıqları aşkar edilib

Laçın rayonunda insan qalıqları aşkar edilib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Şəhid Anar Novruzovun xatirəsi anılıb - MASALLIDA

Şəhid Anar Novruzovun xatirəsi anılıb - MASALLIDA

“Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü” – Masallıda tədbir

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. ARAŞDIRMA - QALMAQAL
ARAŞDIRMA - QALMAQAL

Sevdiyi qızla intim əlaqədə oldu və...

1 il əvvəl 266 01

Sevdiyi qızla intim əlaqədə oldu və videosunu yaydı

Biləsuvar rayonunda 1999-cu il təvəllüdlü Sərxan qohumu ilə intim münasibətdə olan Ayaza (adlar şərti verilib - red.) xəsarət yetirib.

Hadisə ötən il martın 10-da baş verib.

Həmin gün saat 22 radələrində "Bəhrəmtəpə Biləsuvar" yolunun Biləsuvar rayonunun ərazisində yerləşən "Nicat" şadlıq evinin yaxınlığında yolun kənarında Sərxanla həmkəndlisi Ayazın arasında mübahisə baş verib.

Mübahisə zamanı Sərxan yumruqla Ayazın burun nahiyəsinə vurub və ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, martın 10-da dostu Fərid onun istifadəsində olan mobil nömrəyə zəng vurub: "Fərid həmkəndlimiz Vaqifin mənim qohumum Nahidənin Ayazla intim videosunu ona göstərdiyini bildirdi. Həmin gün saat 20 radələrində kənd ərazisində olan bərbərdən çıxdım və əmim Samirin evinə getdim, zəng vuraraq Samiri çölə çağırdım. Samir yanıma gəldikdə ona baş vermiş hadisə barədə danışdım. Həmin söhbət zamanı Fərid də bizimlə idi".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Samir Vaqifə zəng vurub və onunla görüşmək istədiyini bildirib: "Vaqif bizə özünün olduğu yeri bildirdikdə Samir özünə məxsus "Khazar" markalı avtomobili Fəridə verdi və Vaqifi gətirməyi tapşırdı. Fərid maşınla gedərək Vaqifi yanımıza gətirdi. Biz də birlikdə həmin maşına əyləşdik.

Bir qədər yol getdikdən sonra Ayazın yolda piyada hərəkətdə olduğunu gördük. Onu da avtomobilə çağırdıq. Ayaz arxa hissədən içəri boylandı. Vaqifin də avtomaşında olduğunu gördükdə həmin avtomobilə mindi. Biz kənd ərazisində söhbətin yayılmaması məqsədi ilə kənara çıxmaq istədik.

"Nicat" şadlıq evinin yaxınlığına getdik, maşından düşdük. Ayazı kənara çəkərək, Vaqifin dediklərinin doğru olub-olmamasını, Nahidə ilə aralarında nə baş verdiyii soruşdum. Ayaz Vaqifin dediklərini inkar etdi. O, Vaqifin Nahidə ilə əlaqəsi olduğunu, qızı videoya onun çəkdiyini bildirdi.

Mən birinci dəfə Ayazla maşının yanında söhbət etdim. Söhbətimiz təxminən 7-8 dəqiqə davam etdi. Fərid yanımda idi, Samirlə Vaqif isə maşının arxa hissəsində oturmuşdular".

Sərxanın sözlərinə görə, daha sonra Vaqiflə söhbət etmək üçün həmin şəxslə yolun əks tərəfinə keçib: "Arxamızca Ayaz və Samir də gəldilər. Aramızda təxminən 50-100 metr məsafə olardı. Vaqif söhbət zamanı hər şeyi inkar etdi, daha sonra məni ayaq nahiyəmdən bıçaqlayaraq qaçdı. Yaralı olmama baxmayaraq, Ayazın yanına qayıtdım, onunla söhbətimə davam etdim. Mən Ayaza nə etdiyini soruşdum. Ayaz isə sərt şəkildə "mən çox şey etmişəm, sən hansını deyirsən?" məzmununda cavab verdi.

Bu zaman əsəblərimi cilovlaya bilmədim, Ayazın başının yan nahiyəsindən bir yumruq vurdum. O büdrədi, lakin yıxılmadı. Məni vurmaq istədiyi zaman isə Fərid onun üz nahiyəsindən yumruqla zərbə endirdi. Ayaz zərbənin təsirindən yerə yıxıldı. Mən Ayazı yalnız bir-iki dəfə ayaq və diz nahiyələrindən təpiklə vurmuşam. Bundan sonra Samirgil bizi ayırdılar.

Yaram isti olduğuna görə ağrı hiss etməsəm də, sonradan ağrılarım kəskinləşdi".

Təqsirləndirilən şəxs bildirib ki, Sadiq adlı qohumu da hadisə yerinə gəlib: "Sadiq Ayaza əl-üzünü yumaqda kömək etdi. Buna görə biz yaxınlıqda olan kanala getdik və təxminən 3-5 dəqiqə sonra geri döndük.

Həmin vaxt Ayazın burnundan və ya üz nahiyyəsindən qan gəldiyini görməmişəm. Bundan sonra maşına əyləşərək, evə getdik. Evə sonradan Ayazın atası da gəldi. Mən Ayazın öz atası tərəfindən şillələndiyini və ya yumruqla vurulduğunu görməmişəm. Evdə biz Nahidə ilə Ayazı üzləşdirdik. Lakin özümü yaxşı hiss etmədiyimə görə oradan çıxdım. Buna görə sonra baş verənlərdən məlumatım olmadı".

Sərxan deyib ki, onların Vaqiflə görüşmək istəmələrinə səbəb həmin videonun sildirilmək niyyətləri olub: "Biz Ayazı avtomobilə çağırmamışıq. Ayazı Vaqif maşına çağırdıqda onun avtomobilə əyləşməsinə və bizimlə getməsinə etiraz etmədik. Ayaz özü könüllü şəkildə maşına əyləşdi.

Ayazın başının yan nahiyəsinə bir dəfə vurmuşam, burun nahiyəsindən isə mən yox, Fərid vurdu".

İş üzrə zərərçəkmiş Ayazın sözlərinə görə, martın 10-da piyada yaşadığı evə gedərkən "Khazar" markalı avtomobil yanında dayanıb: "Maşında əyləşmiş Vaqif və digər 4 nəfər məni yanlarına çağırdılar. Könüllü surətdə avtomaşına əyləşdim. Maşını kənd ərazisində yerləşən "Nicat" şadlıq evinin yaxınlığında saxladılar. Hamımız aşağı düşdük.

Sərxan üstümə gələrək, mənimlə Nahidə arasında nə baş verdiyini soruşdu. Nahidə ilə sevgili olduğumu bildirdim. Sərxan sifət nahiyəmə zərbə endirdi, yerə yıxıldım. Sərxan, əmisi Samir və digər qohumu məni yerdə təpiklədilər. Məni təpiklədikdən sonra Vaqifin üstünə getdilər.

Həmin vaxt Fərid və Sadiq əl-üzümü yumaqda mənə kömək etdilər. Hadisə yerinə qayıtdıqdan sonra Vaqifin Sərxanı bıçaqladığını və hadisə yerindən qaçdığını bildim.

Mən Sərxanla söhbət etdiyim zaman Fərid yanımızda deyildi, avtomaşının arxa hissəsində siqaret çəkirdi. Aramızda təxminən 5 metr məsafə olardı.

Sərxan məni döydükdən sonra Vaqiflə söhbət etdi. Mən yerdə olanda 5-10 dəqiqə təpiklə zərbələr vurdular. Sərxan baş nahiyəmə zərbələr endirirdi".

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Qeyd edək ki, bu işdə ayrılan cinayət işlərinə ayrı-ayrı icraatlarda baxılıb. Belə ki, zərərçəkmiş şəxsə qarşı əxlaqsız hərəkətlər etməklə, həmin hərəkətləri videoya çəkən şəxsə ayrı, bıçaqlanma hadisəsi ilə bağlı isə ayrı icraatda işlərə baxılıb. Həmin işlər üzrə də hökm çıxarılıb.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rusiya Zelenskinin təklifini rədd etdi

Rusiya Zelenskinin təklifini rədd etdi

John Doe 6 saat əvvəl

Lukaşenko növbəti seçkilərdə iştirak etmək niyyətində deyil

Lukaşenko növbəti seçkilərdə iştirak etmək niyyətində deyil

John Doe 6 saat əvvəl

Daha bir Avropa ölkəsi F-35-dən imtina etmək istəyir

Daha bir Avropa ölkəsi F-35-dən imtina etmək istəyir

John Doe 1 gün əvvəl

İranlılar gizli şəkildə nüvə silahı texnologiyası əldə etməyə çalışıblar

İranlılar gizli şəkildə nüvə silahı texnologiyası əldə etməyə çalışıblar

John Doe 2 gün əvvəl

“Mizan-tərəzi”ni pozan cehiz bəhsəbəhsi

“Mizan-tərəzi”ni pozan cehiz bəhsəbəhsi

John Doe 1 həftə əvvəl

Qazaxıstanda hərbi helikopter itib

Qazaxıstanda hərbi helikopter itib

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com