Fidan Əhmədova Afitab:
Bu uşaqlar həmişə şagird olaraq qalmayacaq ki..
İndiki şagirdlərin psixoloji cəhətdən normal olmaması gündən günə özünü daha çox biruzə verir. Problemlər o həddə çatıb ki, məsələyə Daxili İşlər Nazirliyi qarışır. Çünki ortada cinayət hadisəsi var. Ortada kütləvi davalar var. Artıq polisin yavaş-yavaş başı ağrımağa başlayıb indiki şagirdlərə görə.
Yadınızdadırsa bir neçə il əvvəl yazmışdım ki, bu gün müəllimlərin harayını duymadan biganə yanaşırlar, sabah bu uşaqlar polisin, hərbçilərin, həkimlərin başın ağrıdacaq.
Bu uşaqlar elə həmişə şagird olaraq qalmayacaq ki..
Birazdan əsgər gedəcəklər. Təsəvvür edin bu gün məktəbə bıçaqla gələn şagirdlər, sabah orduda əlində tapança avtomat olacaq. Bir balaca sözü çəp gələn kimi əlinə alacaq avtomatı qıracaq əsgər yoldaşlarını. Ya da oturacaq tanka sürəcək əsgər yoldaşlarının üstünə..
Bax o gün Müdafiə Nazirliyinin başı əməlli başlı ağrımağa başlayacaq..
Bu uşaqlar niyə belə yetişib?
Bunun səbəbi gedir çıxır bu uşaqları yetişdirən valideynlərin uşaqlıq illərinə.
Kimdi indiki valideynlər?
İndiki valideynlər 1-ci Qarabağ müharibəsi zamanı uşaq idilər. O uşaqlar ki, Elçibəy onları kitabdan dərslikdən məhrum etdi. Kitab görməyən bir nəsil verdi bu ölkəyə Elçibəy. ALLAH onu əhv etMəsin xalqa vurduğu bu zərbəyə görə.
Bir anda kiril əlifbasından imtina edib, kiril əlifbasında olan dərslikləri qadağan etdi. Əvəzində isə latın əlifbasında bircə dənə də kitab yox idi. Bir müddət sonra latın əlifbasında kitablar yazıldı. Lakin müharibədən çıxmış, əlində çörək pulu olmayan ac xalqa qanı qiymətinə satdılar o dərslikləri. Hər valideyn ala bilmirdi, gücü çatmırdı. Evdə 2-3 uşaq oxuyursa, hərəsi üçün 15 ədəd kitabı necə alsın valideyn yazıq?
Məhz Elçibəyin sayəsində kitabdan məhrum olan bir nəsil yetişdi.
Bax həmin nəsil bu günki şagirdlərin ata anasıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.