DGK TXİ-nin rəis müavini «Gənclərin İqlim Danışıqları» beynəlxalq forumunda çıxış edib
«Gənclərin İqlim Danışıqları» Beynəlxalq Forumu iqlim dəyişikliyinə qarşı yönəlmiş tədbirlərin gənclər tərəfindən müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbirdir. Forum, əsas məqsədi gəncləri iqlim dəyişikliyi ilə bağlı müzakirələrə və fəaliyyətlərə cəlb etmək, onların potensialından istifadə etmək olan qlobal təşəbbüsdür.
Bu nüfuzlu forum bu il COP29 tədbiri ərəfəsində Bakı şəhərində keçirilir.
Forum 10 ölkəni təmsil edən müxtəlif mənşəli və müxtəlif regionlardan olan gənclərin bir araya gəlməsi, iqlimlə bağlı məsələlərə dair fikir mübadiləsi aparması, təcrübə və perspektiv fəaliyyət planlarını bölüşməsi üçün yaradılmış platformadır.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, BMT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və digər qurumların yüksək vəzifəli nümayəndələri məruzələrlə çıxış edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycanda Uşaqların Ətraf Mühit Sağlamlığının qiymətləndirilməsi ilə bağlı əldə edilmiş nəticələrin təqdimatı ilə çıxış edib. İ.Əfəndiyevin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb, çoxsaylı suallar verilib. Beynəlxalq forum öz işini fevral ayının 1-dək davam etdirəcək.
Ətraflı məlumat Mərkəzi Gömrük Hospitalının internet səhifəsində: https://customshospital.az/
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.