Şahbaz Xuduoğlu:
"Təkərli kitab" Gəncədə
Gəncədə səhər azanla açılır, ardından itlər ulaşır, quşlar oxumağa başlayır, addım səsləri, söhbətlər küçələrə dolur...
Şah Abbas meydanından "Gəncə mall"a keçiddə yeniyetmə qızcığaz sədəqə dilənir. İnanımaz yaraşıqlıdır, fövqəladə gözəl gözləri var. Əgər portret olsaydı, hər kəs onu evindən asardı.
Pakistana sığınan əfqanlı qızın şəkilini xatırladım.
"Zolotoy"un qarşısında xaşdan duranların şux zarafatları küçəni başına alıb. Hava soyuq olmasa da ağızlarından buxar çıxır.
Azandan həmən sonra ilk açılan obyekt bura olur.
Biz gec gəlsək də xaşımızı saxlamışdılar. Səhər saat 9-dək xaş bitir.
Bura sovet vaxtından işləyir, əvvəl zirzəmidə sonra üzə çıxıblar. Əvvəlki adı "Zalatoy" olub, güllələnən başçı dəyişib "Zolotoy" etdirib. Sovet vaxtı qızıl alverçiləri, hətta qonşu ölkələrdən gələnlər də, bütün sövdələşmələri, alveri burda edərdilər. Adı da o vaxtdan qalıb.
Hər axşam 4 xaş qazanı asılır. Hər qazana 16 ayaq atılır. Səhər tezdən hamısı bitir.
"Təkərli kitab"ı Gəncə mərkəzi kitabxananın önündən tərpətmədik. Gələnlər imkan vermədilər. Hətta qonşu rayonlardan da sorağımıza gəlmişdilər.
İlqar tərcümələrə görə təşəkkür etdi. Səhər yazımı oxuyub Şəmkirdən gəlmişdi. Çox kitab aldı. Şəkilini çəkilməyə icazə vermədi. "Bizə olmaz", dedi.
Texniki universitetin, Gəncə dövlət universitetin tələbələri günün çoxunu elə bizimlə keçirdilər. Gəncə peşə məktəbinin direktoru "Təkərli kitab"ı məktəbinə dəvət etdi. Sizi gözləyəcəm dedi.
Bir tələbə tanışlıq verdi, mən Gülhüseynin nəvəsiyəm.
-Biləsuvar?
- Bəli.
Gülhüsyn Alarda yaşayan Adi əminin böyük oğludur. Adi əminin geniş həyəti, alma bağı vardı, özü qaradinməz adamdı amma yoldaşı, "bibi qurban" deməkdən yorulmazdı.
Rəsmiyyə Şəmkirlidir, Gəncə universitetində kompüter mühəndisliyi oxuyur. Anam istədi deyir. Bizim kitabların bir qismini oxuyub, bir ara gələnlərə kitab tövsiyələri də etdi.
Bir gənc çox, sevincliydi. Fərqli, işıqlı siması vardı. Hoteldən çıxanda onu yenə gördüm. Adı Şöhrətdir, 11-ci sinifdə oxuyur, opera müğənnisi olacaq.
-Sizi görməyə gəldim.
-Düz etdin, deyirəm.
Taksi gəldi, biz getdik. Ağlımda Şöhrət qaldı, sanki nəsə demək istəyirdi amma deyə bilmədi.
Nailə adında bir xanım Nigara şirin çörək göndərmişdi, çörəyin ətri maşının kabinasınada hələ də qalıb.
Yazıçı Dilşad xanım isə Gəncə paxlavası gətirmişdi. Mən də gözəl qızına kitab hədiyyə etdim.
Samuxdan gələn bir xanım polisdə işləyirdi. Dedi Samuxa iş günü gəlin. Uşaqlarına ensiklopediya kitabları aldı. Bizi instaqramdan izləyir.
Gün boyu bir neçə kq mandarin yedik, kilosunu 1 manatdan aldıq. Satıcı dedi ki, Astaradan gətirir. Limonu da ordan gətirirlər.
Gəncədə çox bəyəndim cəhət; səhər qarşılaşdığın hər kəs salam verir. "Xoş gəlmisiniz" deyirlərsə, bilin ki, o yerli adamdır.
Axşam düşdü, biz Gəncədən ayrılırıq, səsim borlaşıb, demək adi günlərdən daha çox danışmışdım.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.