Kərim Kərimli:
"Mən Şuşanı sevirəm!"
Sevmək qəfil baş verən və "bir dəfəlik" olan ani hadisə deyil. Qəfildən, birdən, bir andaca sevmək olmaz. Qəfildən, birdən, bir andaca vurulmaq olar, aşiq olmaq olar... amma sevmək olmaz!
Sevmək uzun müddətli, ardıcıl, müntəzəm baş verən, gedən, davam edən bir prosesdir, hərəkətdir, həyatdır.
Məhz bu səbəbdən də biz (insanlar hamısı) sevdiyimiz şəxsə "Mən səni sevirəm!" deyirik, "Mən səni sevdim!" demirik.
Ona görə də "Mən Bakını (Şəkini, Şuşanı, İstanbulu, Tiflisi... sevdim" demək yanlışdır, dilimizin xüsusiyyətlərinə, çalarlarına da uyğun deyil.
"Laçın çox xoşuma gəldi...", "Ankaranı çox bəyəndim...", "İstanbul xoşuma gəlir..." demək olar, "sevdim" demək olmaz.
"Sevirəm!" isə demək olar!
"Mən Şuşanı sevirəm!" demək kimi...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.