Asif Rüstəmli:
DOST İTKİSİ
Səhər o başdan bir dostum zəng etdi... Səhər erkən vurulan telefon zəngləri məni həmişə səksəndirib. Bu dəfə də belə oldu: “Səmimi dostumuzu, böyük alimimizi, Şamil Vəliyevi itirdik” – dedi. Bir anlıq donub qaldım... Üç gün əvvəl ona İnstitutdan zəng etmişdim. Telefonu açan kimi “Salam, qardaş” – demişdi. Səsinin tonundan hiss etdim ki, vəziyyəti ürəkaçan deyil. Çətinliklə danışırdı... amma fikrini dəqiq ifadə edirdi. Hal-əhval tutduq. Dostumuz Vilayət Quliyevin salamlarını çatdırdım. Hiss olundu ki, bir az səsində gümrahlıq yarandı... O da ədəbiyyatşünas həmkarına salam söyləməyi rica etdi. Qərbi Azərbaycanla bağlı görülən işlərdən söz açdım. Tezliklə Qərbi Azərbaycanın Körpülü kəndinə, onun ata ocağına qonaq gedəcəyimizı diqqətinə çatdırdım. İnşallah – dedi. Söhbətimiz çox yığcam və səmimi oldu.
Şamil müəllimlə ilk dəfə 35 il əvvəl, Ədəbiyyat İnstitutunda tanış olmuşduq. O Səməd Vurğunun Ev Muzeyində çalışırdı. Muzeydə keçirilən tədbirlərə məni dəvət edirdi.
Professor Şamil Vəliyevin elmi yaradıcılığında Əli bəy Hüseynzadə, “Füyuzat” ədəbi məktəbi, XX əsr poeziyası xüsusi yer tuturdu. Sonralar bir vaxt təhsil aldığımız Bakı Dövlət Universitetində kafedra müdiri, Jurnalistika Fakültəsinin dekanı seçildi. Şamil müəllimin dəvəti ilə BDU-nun Dissertasiya Şurasına üzv oldum. Müdafiələrdə təxminən yaxın mövqelərdən çıxış edirdik. Onun təşəbbüsü və rəhbərliyi ilə 2011-ci ildə nəşr edilən ikicildlik “Azərbaycan mətbuat tarixi antologiyası” kitabının ikinci cildində “Milli mətbuatımızın “Nina”sı” adlı məqaləm yer aldı.
Respublika Prezidentinin sərəncamı ilə professor Şamil Vəliyevə “Əməkdar jurnalist” fəxri adı verilmiş, o “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilmişdir.
Şamil müəllim böyük qəlb sahibi, səmimi insan, diqqətcil dost idi.
Ruhu şad olsun.
Bakı, 18.01.2024
Şəkildə: Şamil Vəliyev, Gülhüseyn Hüseynoğlu, A.Rüstəmli və Çingiz Əlioğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.