İlk triomuz DÇ-da fiaskoya uğrayıb
Bu gün Macarıstanın paytaxtı Budapeştdə böyüklər (kişi və qadınlar) arasında cüdo güləşi üzrə dünya çempionatına start verilib. Mundialın ilk günü çəkisi 60 kq olan kişilər və 48 kq-da çıxış edən qadınlar mübarizə aparıblar. Start günü biri kişi və ikisi qadın olmaqla üç təmsilçimiz tatami üzərinə çıxıb. Təəssüflər olsun ki, triomuz fiaskoya uqrayib.
60 kq-da tatamiyə çıxan Əhməd Yusifov elə startdaca yaponiyalı Ryuju Naqayamaya uduzaraq, çıxışını erkən başa vurub.
48 kq-da çıxış edən qadınlarımıza gəlincə, startda (1/32 final) turkmənistanli Kurbanay Kurbanovani üstələyən Leyla Əliyeva növbəti görüşdə ispaniyalı Laure Martines Abilendlə bacarmayıb.
Eyni çəkidə tatamiyə çıxan cüdoçumuz Könül Əliyeva isə elə ilk görüşdəcə (1/32 final) amerikalı Mariya Seliya Lobardeyə uduzub.
Mundialın ikinci günü (14 iyun) çəkisi 66 kq olan kişilər və 52 kq olan qadınlar tatamiyə çıxacaqlar.
Bu çəkilərdə ölkəmizi Ruslan Paşayev və Gültac Məmmədəliyeva təmsil edəcək.
Yeri gəlmişkən, təsnifat görüşləri hər gün saat 13:30-da, medal uğrunda görüşlər isə saat 20:00-da başlanacaq.
Mundiala iyunun 20-də qarışıq komanda yarışı ilə yekun vurulub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.