Abdurrahman Hüseynli Avropa çempionudur
Şimali Makedoniyanin paytaxtı Skopyedə 17 yaşlılar arasında (U-17) idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Yunan-Romaçıların çıxışı ilə startı verilən çempionatın üçüncü günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, həmin gün yığmamızın aktivinə biri qızıl, biri gümüş əyarlı olmaqla daha da iki medal yazılıb. Və bununla da yunan-Roma güləşi üzrə U-17 millimiz çıxışını 5 (2-1-2) medalla başa vurub. Son günün qızıl medalını final da daxil olmaqla bütün görüşlərini qələbə ilə başa vuran 15 yaşlı Abdurrahman Hüseynli (45 kq), gümüş medalı isə yalnız son həlledici finalda büdrəyən Əli Nəzərov (60 kq) qazanıb. Təəssüflər olsun ki, son gündə bürünc medal uğrunda görüşə çıxacan Elşad Abbasov (51 kq) qarşısına qoyduğu məqsədə nail ola bilməyib.
Yeri gəlmişkən, bundan öncə isə yiqmamizin üzvlərindən Rihad İbrahimli (110 kq) qızıl, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) bürünc medal qazanıb.
Beləliklə, Avropa çempionatına qatılan 10 klassikimizdən beşi medal qazanaraq fəxri kursuyə qalxib.
Təəssüflər olsun ki, çempionatın üçüncü günü mübarizəyə qatılan qızlarımız (3 nəfər) fiaskoya uqrayaraq mübarizəni erkən dayandırıb.
Bu gün daha 4 qız güləşçimiz döşək üzərinə çıxacaq.
İyunun 15-də çempionat başa çatacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.