Azərbaycan millisinin baş məşqçisi Macarıstan yığması ilə oyunu şərh edib
Son iki yoldaşlıq görüşündən razıyam.
Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santoş Macarıstan yığması ilə yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis ciddi rəqibə qarşı oynadıqlarını qeyd edib.
"Matça yaxşı başlamadıq və erkən qol buraxdıq. Hesabı tez qaytarmağımıza baxmayaraq, qonaqlar yenidən hesabda önə keçdi. İkinci hissədə bizim üçün daha çətin oldu. İtirilən toplar çox idi. Buna baxmayaraq, hesabı bərabərləşdirə biləcəyimizə inanırdıq. Ancaq təəssüf ki, bəzi futbolçular son iki yoldaşlıq görüşündən bütövlükdə yorğun idi",- 70 yaşındakı Portuqaliyalı vurğulayıb.
Xatırladaq ki, Bakıdakı “Liv Bona Dea Arena” stadionunda keçirilən Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq oyunu qonaq komandanın 1:2 hesablı qələbəsi ilə başa çatıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.