Rihad İbrahimli Avropa çempionu olub
Şimali Makedoniyanin paytaxtı Skopyedə 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Yunan-Romaçıların çıxışı ilə start götürən çempionatın ikinci günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, start günü döşək üzərinə çıxan beş təmsilçimizdən üçü uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Ən yaxşı nəticəni isə 110 kq-da çıxış edən Rihad İbrahimli göstərib. Rusiyalı Artyom Tkacenkoyla qarşı final görüşü də daxil olmaqla, bütün görüşlərini qələbə ilə başa vuran İbrahimli həmyaşıdları arasında Avropa çempionu adını qazanıb.
Daha iki təmsilçimiz - Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.
AÇ -nin ikinci günü mübarizəyə qatılan beşlliyimizdən isə ikisi - Abdulrəhman Hüseynli (45 kq) və Əli Nəzərov (60 kq) finala yüksəlib. Daha biri - Elşad Abbasov (51 kq) bürünc medal uğrunda görüşmək imkanı əldə edib. Bu görüşlər iyunun 11-də saat 19:00-dan sonra başlayacaq.İyunun 11-də qızlar da mübarizəyə qatılacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.