Azərbaycan güləşçiləri Batumidə keçiriləcək reytinq turnirinə hazırlaşır
Sərbəst güləş üzrə Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına başlayıb.
Qubadakı təlim-məşq toplanışını başa vuran komandamız əvvəlcə istirahət edib, daha sonra iyunun 8-də Gürcüstanın Batumi şəhərinə yollanıb.
Komanda iyunun 21-dək Gürcüstan, Avstriya, Norveç və Ukrayna komandaları ilə birgə təlim-məşq toplanışı keçirəcək.
Təlim-məşq toplanışında baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Taimuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi ilə 19 güləşçi iştirak edir. Komandanın heyətində İslam Bazarqanov (57 kq), Musa Ağayev, Ruslan Abdullayev (hər ikisi 65 kq), Kənan Qeybətov, Zirəddin Bayramov (hər ikisi 70 kq), Ağanazər Novruzov, Turan Bayramov, Maqomed-Bəşir Xaniyev (hamısı 74 kq), Fərid Cabbarov, Cəbrayıl Hacıyev, Sabuj Ərsən (74 kq) yer alır. (86 kq), Osman Nurməhəmmədov, Abubəkr Abakarov, Sadik Mustafazadə (hamısı 92 kq), Maqomedxan Maqomedov, Zəfər Əliyev (hər ikisi 97 kq), Giorgi Meşvildişvili və Xetaq Karsanov (hər ikisi 125 kq) yer alır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.