Azərbaycanın atçılıq üzrə yığması Avropa çempionu olub
Beynəlxalq Çövkən Federasiyasınin təşkilatçılıqi ilə qurumun illik təqvimi əsasında Polşada bu idman növü üzrə Avropa çempionatı keçirilib. ARAF-dan (Azərbaycan Respublikasının Atçılıq Federasiyası) verilən məlumata görə 5-7 iyun günlərində keçirilən bu çempionatda Azərbaycan da daxil olmaqla 6 ölkə - Türkiyə, Macarıstan, Malta, Polşa və Boyuk Britaniya millisi mübarizə aparıb.
Sevindirici haldır ki, çempionat Azərbaycan komandasının qələbəsi ilə başa çatıb. Xatırladaq ki, startda Türkiyə komandasını 3:0 hesabla üstələyərək yarımfinala yüksələn millimiz burada Macarıstanı daha böyük fərqlə məğlub edərək finala yüksəlib. Son həlledici finalda isə Azərbaycan komandası Malta millisini rəzil edib - 6:2. Bununla da Azərbaycan millisi öz tarixində ilk dəfə olaraq, Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyasının təqviminə əsasən növbəti belə bir mötəbər yarış sentyabrın əvvəlində Özbəkistanda (Asiya), sentyabrın sonunda Nigeriyada (Afrika), noyabrdasa Buenos Airesdə (Cənubi Amerika) təşkil ediləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.