Qadın voleybol millimiz AQL-da məğlubiyyət məngənəsindən qurtula bilmədi
Baş məşqçisi Faiq Qarayev olan qadın voleybol millimizin də iştirak etdiyi Avropa Qızıl Liqasinda ikinci turun oyunları keçirilib. Təəssüflər olsun ki, millimiz 3 turdan ibarət olan turnirin Bakıda keçirilən (30 may - 1 iyun) ilk turunda olduğu kimi, Slovakiyanin paytaxtı Bratislavada təşkil edilən ikinci turunda da məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, Bakıda Macarıstan və Sloveniya millisinə quru hesabla (0:3) uduzan yiqmamiz Slovakiyada isə ev sahibinə 0:3, ardından isə Montoneqro komandasına 1:3 hesabla uduzub. Beləliklə, Azərbaycan komandası 6 oyundan ibarət olan turnirin İlk 4 matçında məğlub olub.
AQL-da üçüncü turun oyunları 13-15 iyun günlərində Xorvatiyada keçiriləcək. Son tur çərçivəsində millimiz Xorvatiya (13 iyun) və Rumıniya (14 iyun) ilə qarşılaşacaq.
12 komandanın mübarizə apardığı bu turnirin yekun yarış cədvəlində ilk 6 yeri tutan komanda mübarizəni pley-offdan davam edəcək.
Hazırda yarış cədvəlində vəziyyət belədir:
Ukrayna (4 oyun) - 12 xal, Macarıstan (4), Rumıniya (3) - hərəyə 7 xal, İspaniya (3), Sloveniya (3), Slovakiya (3) - hərəyə 6 xal, Yunanıstan (3) - 4 xal, İsveç (2), Xorvatiya (3), Montoneqro (3) - hərəyə 3 xal, Portuqaliya (3), Azərbaycan (4) - 0 xal.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.