İrəvanda Rusiya əleyhinə plakatlarla səssiz etiraz aksiyası keçirilib
Bu gün Ermənistan Milli Assambleyasının binası yaxınlığında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərinə etiraz aksiyası keçirilib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, aksiyanı “Respublika Naminə” partiyasının lideri Arman Babacanyanın rəhbərlik etdiyi bir qrup qərbyönlü fəal təşkil edib.
Babacanyan çıxışı zamanı Rusiya əleyhinə şüarlar səsləndirib. Polis nümayəndəsi iştirakçılardan təhqiramiz ifadələr işlətməməyi və asayişi qorumağı tələb edib. Babacanyanla polis zabiti arasında söz davası baş verib və o, qısamüddətli davaya çevrilib - siyasətçinin səsucaldanı götürülüb.
Bundan sonra etirazçılar Rusiya əleyhinə plakatlar açaraq sükutla aksiyanı davam etdiriblər.
Qeyd edək ki, Valentina Matviyenko Rusiya parlamentinin nümayəndə heyətinin başında İrəvana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Ermənistan Milli Assambleyası ilə Rusiya Federasiyası Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığa dair konfrans keçirilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.