Nərgiz Yunusun "Xəyallar" adlı fərdi sərgisi keçirilib
Yunusova Nərgiz Qəyyur qızı
2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ tətbiqi sənət üzrə bitirmişəm. Diplom müdafiə işim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzeyində saxlanılır. 2011-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Tələbəlik illərindən başlayaraq bir çox sərgilərdə iştirak etmişəm, diplom və sertifikatlara layiq görülmüşəm. Quruluşçu rəssam və geyim üzrə rəssam kimi də fəaliyyət göstərmişəm. 2019-cu ildən Yarat Müassir İncəsənət Mərkəzi ilə iş birliyi qurmuşam (master klass və s.) 29 may 2025-ci il tarixində keçirəcəyim fərdi sərgimdə, yaratdığım əsərlər ilə Azərbaycan incəsənətində yenilik və fərqlilik nümayiş etdirəcəm. Sərginin mahiyyəti dekorativ tətbiqi sənəti izləyicilərə daha da dərindən tanıtmaq və bu sənət haqqında geniş məlumat verməkdir. Tələbəlik illərində bu sənəti dərindən öyrənmiş və müxtəlif texnikalardan istifadə edərək maraqlı əsərlər yaratmışam. Bu sənətə olan marağım rəssam ailəsində dünyaya göz açmağımdır. Atam Azərbaycan Respublikasının Xalq Rəssamı Qəyyur Yunus bu sənəti mənə sevdirmiş və dəstək olmuşdur. Həmçinin dahi sənətkar Səttər
Bəhlulzadənin qohumu olmağım bu sənətdə addımlamağıma güc vermişdir. Ölkəmi rəssam olaraq təmsil etmək mənim üçün şərəfdir. Daim Azərbaycanın təsviri sənətini qürurla təmsil etməyi özümə borc bilirəm. Azərbaycan Mədənniyət Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə sənətimə davam edirəm. Hər zaman nailiyyətlər və yeni uğurlar üçün çalışıram.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.