"Qarabağ"ın portuqaliyalı futbolçusu Azərbaycanın ən yaxşısı seçilib
İdman Araşdırmaları Mərkəzi mövsümün ən yaxşı futbolçusunu müəyyən etmək üçün Azərbaycan Premyer Liqa klublarının futbolçuları və baş məşqçiləri arasında sorğu keçirib.
Sorğuda 195 futbolçu və 9 baş məşqçi iştirak edib. Yalnız “Turan-Tovuz”un baş məşqçisi Qurban Berdıyev sorğuda iştirakdan imtina edib.
Nəticədə ən çox səs "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradeyə verilib. Kabo-Verde millisində 7 oyun keçirən portuqaliyalıya 59 respondent səs verib.
2-ci yerdə “Zirə”də çıxış edən Qvineya-Bisau təmsilçisi Salifu Souma qərarlaşıb. Onun 52 səsi var. İlk ikilikdən böyük fərqlə 3-cü yerdə “Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadə qərarlaşıb. O, 9 səs toplayıb.
Ümumilikdə 40 futbolçunun adı çəkilib. Qaydalara əsasən, sorğu iştirakçıları öz komandalarından oyunçuların adını çəkə bilməzdilər.
Əvvəlki illərdə İdman Araşdırmaları Mərkəzinin sorğusunda Cavid İmamverdiyev, Emin Mahmudov, Abdella Zubir, Namik Ələsgərov, Kadi Borxes və Aleksey Kaşçuk kimi futbolçular qalib gəlib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.