Qadın voleybol millimiz Azal-da mübarizəyə başlayır
Mayın 30-da qadın voleybol yığmalarinin iştirakı ilə Avropa Qızıl Liqasinda (AQL) birinci dövrəyə start veriləcək. İyunun 1-dək davam edəcək bu mərhələdə baş məşqçisi Faiq Qarayev olan Azərbaycan millisi də mübarizə aparacaq. Millimiz Bakıda təşkil olunacaq bu mərhələdə Macarıstan və Sloveniya komandası ilə qarşılaşacaq. Oyunların hamısı Dərnəgül qəsəbəsində yerləşən Bakı Voleybol Mərkəzində keçiriləcək. Mayın 30-da saat 18:30-da Azərbaycan Macarıstanla üzləşəcək. Ertəsi gün eyni məkanda və eyni saatda Macarıstan - Sloveniya matçı baş tutacaq. İyunun 1-də saat 18:00-da isə milimiz Sloveniya ilə elə həmin məkandaca qarşılaşacaq.
Bütün oyunlar CBC Spirt TV-də canlı yayinlanacaq.
Yeri gəlmişkən, millimiz bu turnirə hazırlıqla bağlı 9-17 may günlərində Sloveniyada, 18-24 may günlərində isə Yunanıstanda təlim-məşq toplanışında (TMT) olub.
Artıq baş məşqçi Faiq Qarayev bu turnirdə ölkəmizi təmsil edəcək yığmanın heyətini müəyyənləşdirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.