Bu gün UEFA Konfrans Liqasının 2024/2025-ci il mövsümünün qalibi müəyyənləşəcək
Bu gün UEFA Konfrans Liqasının 2024/2025-ci il mövsümünün qalibi müəyyənləşəcək.
Turnirin final oyunu İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” komandaları arasında olacaq.
Qarşılaşma Polşanın Vrotslav şəhərindəki “Vroslav” stadionunda keçiriləcək. Matçı Bosniya və Herseqovinadan olan hakim İrfan Peljto idarə edəcək.
Hər iki komanda ilk dəfə Konfrans Liqasının finalında oynayacaq. 2021/2022 mövsümündə turnir başlayandan bəri üç klub kuboku qazanıb - "Roma" (İtaliya, 2021/2022), "Vest Hem" (İngiltərə, 2022/2023) və "Olimpiakos" (Yunanıstan, 2023/2024).
İtaliyanın "Fiorentina" klubu ən çox (iki) final keçirib, lakin hər iki dəfə - 2023 və 2024-cü illərdə məğlub olub.
Turnir tarixinin bombardiri Portuqaliyanın "Benfika"sında çıxış edən Artur Kabral olaraq qalır. Onun aktivində 21 qol var.
Xatırladaq ki, final görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.