AZƏRBAYCAN İNCƏSƏNƏTİ SEULDA
20 may tarixində Seulda, Koreya Respublikasında Azərbaycan Respublikasının Səfirliyi tərəfindən Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil olunmuş rəsmi qəbul çərçivəsində azərbaycanlı rəssamların sərgisi keçirildi.
Ekspozisiyada həm müstəqil rəssamlar — Könül Kazimova, Muşkinaz Quliyeva, Səbinə Nəcəfova, Aydan Hüseynova və b., həm də AYDANI Art Gallery-nin direktoru Aydan Məmmədovanın tələbələri — Şüayib Qaydarov, Rəsmiyyə Vəliyeva, Səbinə Məmmədova və başqalarının əsərləri nümayiş etdirildi.
Qonaqların xüsusi diqqətini Aydan Məmmədova və Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri əsasında hazırlanmış “Gülüstan” rəqəmsal animasiyası cəlb etdi. Animasiyanın ideya müəllifi Şirin Məlikova, animasiyanın müəllifi isə rəqəmsal rəssam Sevil Kərimova olmuşdur.
Sərginin bədii kuratoru Sevil Kərimova, təşkilati və turistik hissənin kuratoru isə INOVATION Art and Travel Center-in direktoru Çinarə Məmmədova olmuşdur. O, iştirakçılar üçün komfortlu və zəngin proqram təşkil etmişdir.
Sərgi Koreya auditoriyası tərəfindən böyük maraqla qarşılandı. Qalereya və incəsənət mərkəzlərinin nümayəndələri əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər, bəzi əsərlər isə koreyalı kolleksiyaçılar tərəfindən alındı. Bu, tədbirin uğurlu nəticəsi və qürurverici məqamı kimi yadda qaldı.
Tədbirdə çıxış edən Azərbaycanın Koreya Respublikasındakı Səfiri Ramin Həsənov azərbaycanlı rəssamların iştirakının əhəmiyyətini vurğuladı və bu tədbirin reallaşmasına töhfə verən hər kəsə təşəkkürünü bildirdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.