“Zamanın ilmələri” layihəsinin təqdimatı keçirilib
Mayın 26-da Azərbaycan Milli Xalça Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Zamanın ilmələri” layihəsinin təqdimatı keçirilib. Burada Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun layihə çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılıb. Həmçinin muzeyin Uşaq şöbəsi tərəfindən xalçanın ərsəyə gəlməsinin bütün mərhələlərini əhatə edən “Xalça necə yaranır?” ustad dərsi ilk dəfə təqdim olunub.
Tədbirdə ilk olaraq Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova “Zamanın ilmələri” layihəsi haqqında qonaqlara məlumat verib. Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov, ictimai-siyasi və dövlət xadimi Həsən Həsənov, “Azad Azərbaycan” Teleradio Şirkətinin bədii şurasının sədri Etibar Babayev, Xalq yazıçısı Natiq Rəsulzadə çıxış edərək Arif Hüseynov yaradıcılığının özünəməxsusluğundan söhbət açıblar.
Xalq rəssamı Arif Hüseynov tədbirin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Xalça Muzeyinə minnətdarlığını bildirib.
AZpress.AZ, Fotomüxbir Mahir Əhmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.