DÇ-ya gedəcək tatami ustalarımız müəyyənləşib
Olimpiya çempionumuz Hidayət Heydərov ilk yarısına çıxacaq
13-20 iyun günlərində Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında cüdo üzrə fərdi və qarışıq komanda hesabında dünya çempionatı keçiriləcək. Azərbaycan bu mundialda 13 (9 kişi və 4 qadın) tatami ustası ilə 10 çəki dərəcəsində çıxış edəcək. Kişilərin fərdi yaşayışında Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Olimpiya çempionu Hidayət Heydərov, Rəşid Məmmədəliyev ( hər ikisi 73 kq), Zelim Tckayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov ( hər ikisi 90 kq), Paris Olimpiadasının qalibi Zelim Kotsayev (100 kq) və Uşanqi Kokuari (+100 kq) mübarizə aparacaq. Komandaya almaniyalı baş məşqçi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravcuk və Slavko Tekic rəhbərlik edəcək.
Baş məşqçisi Amina Abdullatif, böyük məşqçisi isə Saşa Herkenrat-Vimarin olan qadın millimizin heyətində isə Leyla Əliyeva, Könül Əliyeva ( hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və eləcə də Aytac Qadasxanli ilə Günel Həsənli yer alıb. Sonuncu iki cüdoçumuz yalnız qarışıq komanda yarışında iştirak edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.